Avropa xaos içindədir - Orban
Ukrayna və Yaxın Şərqdəki münaqişələr, ABŞ-nin siyasətindəki gözlənilməzlik və köhnə dünya nizamının dağılması Avropa İttifaqı liderlərini çaşqın vəziyyətə salıb.
Adalet.az xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən illik Karpat Hövzəsi Forumunda çıxışı zamanı səsləndirib.
Bildirib ki, Avropa hazırda xaos içindədir. Onun sözlərinə görə, digər Avropa ölkələrinin liderləri ilə görüşləri, o cümlədən Brüsseldə keçirilən Aİ sammitləri də bu qənaəti gücləndirib.
Orban hesab edir ki, mövcud vəziyyət həm çətin iqtisadi şərait, həm də yeni dünya nizamına keçid prosesi ilə bağlıdır. Onun fikrincə, ABŞ-dən fərqli olaraq Avropa İttifaqı hələ də köhnə qaydalarla hərəkət etməyə çalışır və yeni geosiyasi reallıqlara uyğun mövqe müəyyənləşdirə bilmir.
“Bu prosesin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin bəzi faktlar göstərir ki, biz bir-iki il əvvəl yaşadığımız dünyanın məntiqindən imtina etməli və bu günün reallıqlarına uyğun düşünməliyik”, - deyə Baş nazir vurğulayıb
Digər Xəbərlər
12 Aprel 2026 00:17
"Artıq indidən əminliklə demək olar ki..." - Netanyahu
11 Aprel 2026 19:40
İsrail 24 saatda "Hizbullah"a 200-dən çox zərbə endirib
11 Aprel 2026 19:31
Türkiyədə genişmiqyaslı əməliyyatlar - 722 nəfər saxlanıldı
11 Aprel 2026 19:00
İraqın yeni prezidenti o oldu
11 Aprel 2026 18:24
Ərdoğan və Makron bu məsələləri müzakirə edib
11 Aprel 2026 18:19
"ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır" - Tramp
11 Aprel 2026 14:26
ABŞ İranın dondurulmuş vəsaitlərini azad etməyə razılaşdı
11 Aprel 2026 12:50


Bakı -°C

