adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 14:59
63
GÜNDƏM
A- A+

Azərbaycan-İran sərhəddində yeni keçid məntəqəsi istifadəyə veriləcək

Azərbaycan-İran sərhəddində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov deyib.

Komitə sədri bildirib ki, son illərdə Azərbaycanda bir sıra gömrük keçid məntəqələrində infrastruktur imkanları daha da müasirləşir:

"Bu yaxınlarda İranla sərhəddə "Ağbənd" keçid məntəqəsi inşa olunacaq. İntensiv tikinti işləri aparılır. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq".