Xivə şəhərində III Beynəlxalq “Ləzgi” Rəqs Festivalı keçirilir
TÜRKSOY, UNESCO və Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xivə şəhərində III Beynəlxalq “Ləzgi” Rəqs Festivalı keçirilir.
Festivalda Azərbaycan, Rusiya, Çin, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Braziliya və Yaponiya daxil olmaqla 30-dan çox ölkədən 300-dən artıq rəqqas, peşəkar rəqs kollektivi, xoreoqraflar, musiqişünaslar, sənətşünaslar və mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycanı bu mötəbər tədbirdə Bakı Xoreoqrafiya Akademiyası təmsil edib.
Nümayəndə heyətinin tərkibində akademiyanın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-zadə, xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova və tədris şöbəsinin müdiri Yeganə Tapdıqova yer alıb. Təranə Muradova festival çərçivəsində, həm də münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.
Festivalın açılış mərasimində çıxış edən Nailə Məmməd-zadə festivalda iştirakdan məmnunluğunu bildirib. O, Azərbaycanda xoreoqrafiya sahəsində həyata keçirilən layihələr, əldə olunan nailiyyətlər və gələcək inkişaf perspektivləri barədə məlumat verib. Təranə Muradova isə çıxışında bildirib ki, Xivə şəhərində təşkil olunan Beynəlxalq “Ləzgi” Rəqs Festivalı müxtəlif ölkələrin rəqs sənəti nümayəndələrini bir araya gətirərək mədəniyyətlərarası dialoqun güclənməsinə, milli rəqs ənənələrinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. T. Muradova qeyd edib ki, festival yalnız rəqs müsabiqəsi deyil, həm də xalqlar arasında dostluq və əməkdaşlıq körpüsü rolunu oynayan mühüm mədəni hadisədir.
Festival çərçivəsində “Dünya mədəni inkişafında rəqs sənəti: ənənələr və dəyərlər” mövzusunda III Beynəlxalq elmi-praktik konfrans da təşkil olunub.
Konfransın bölmə iclasında Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin tələbəsi Aslana Əliyeva “Roza Cəlilova və Azərbaycanın rəqs sənəti” mövzusunda məruzə ilə çıxış edib. Digər tələbə Əminə Əliyeva isə “Ağ çiçək” və özbək rəqslərini uğurla ifa edib.
Tədbirdə çıxış edən rəhbər heyətlər TÜRKSOY tərəfindən diplomlarla təltif olunub, bütün iştirakçılara isə Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən sertifikatlar təqdim edilib.
Bununla yanaşı, festival çərçivəsində türkdilli dövlətlərin rəqs mədəniyyətini əhatə edən xüsusi antologiyanın hazırlanması məsələsi də müzakirə olunub. Bu təşəbbüs ortaq mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addım kimi qiymətləndirilib.
Digər Xəbərlər
21 Noyabr 2026 13:09
Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş
21 Noyabr 2026 09:44
Vyetnamlı müğənni liderlərin qarşısında "Ey Vətən" mahnısını oxudu - VİDEO
19 Noyabr 2026 22:58
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTOLAR
19 Noyabr 2026 11:30
Əməkdar artist: “İşsiz olmağımdan həmkarlarımın xəbərləri yoxdur”
19 Noyabr 2026 07:37
Van Qoqun ölümündən iki ay əvvəl çəkdiyi əsər rekord qiymətə satıldı
18 Noyabr 2026 11:37
Aktyor: “Elə bilirdim ki, Azərbaycan kinosunun xilası olacam”
18 Noyabr 2026 11:17
Xaliq Tağıyev: “Heç bir qadın atamın şıltaqlığına dözməzdi”
18 Noyabr 2026 10:54


Bakı -°C

