"August Hanninglə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır"
Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında deyilir.
Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.
Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır.
Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir, beynəlxalq media subyektlərini peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi riayət etməyə, həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiya edilməsinə yol verməməyə çağırır.
Digər Xəbərlər
20 Noyabr 2026 12:52
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
20 Noyabr 2026 11:48
Media və Yayım Şurası bu müsabiqə qaydalarında yeniliklər edib
19 Noyabr 2026 18:46
Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
18 Noyabr 2026 17:06
Mətbuat Şurasında komissiyaların tərkibi təsdiqləndi - FOTO
18 Noyabr 2026 10:12
Mətbuat Şurasında “İnfoschool Bloger Məktəbi 2” layihəsinin iştirakçıları ilə görüş keçirilib
17 Noyabr 2026 16:33
Mətbuat Şurası İdarə Heyəti üzvünün müəllifi olduğu sənədli film COP31-də nümayiş edilib
17 Noyabr 2026 14:25
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
15 Noyabr 2026 16:20


Bakı -°C

