adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Atəş altında telefon zəngi, ürəyə çatmayan mərmi və katibin axşam qonaqlığı

REY KƏRİMOĞLU
24067 | 2012-12-10 23:58
Layihə: "Kəşfiyyatçının xatirələri"

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam.Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, ammagündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıbməni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqinyaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyatəsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heçvaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdəqəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsindəsağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilkillərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməniişğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranmasıprosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədəntəsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam.

...Ayağından tikan çıxarırmış kimi ehmallıca Ramizin gözündən qəlpəniçəkib çıxardım. Bayaqdan inildəyən, qıvrılan Ramiz əlini gözünə tutaraq bərkdənqışqırdı! Əlini gözündən çəkəndə bir ovuc qan qarışıq su var idi Ramizinovcunda... Onu dərhal iki nəfərlə aşağı-topun yanına göndərdim. Oradan daRamizi Ağdam şəhər göz xəstəxanasına apardılar...

İki gün sonra o acı xəbəri eşidəcəkdim: "Xəstəxanada deyiblər ki,Ramizin o gözü ömürlük görməyəcək..." Bax beləcə bir dostum, həmkəndlimgözlərim önündə vətən uğrunda kor oldu!

Beləcə ilk iki müharibə dostumdan biri yanımızdan ayrıldı, qaldıq Nailləmən...

Ramizi aşağı göndərəndən sonra irəli gedib postumuza çatdıq... Burdabizi çox şiddətli bir döyüş gözləyirmiş...

Fərruxda möhkəm dayanmışdıq

8-ci yazı

Hələ Fərruxa gəlməmişdən əvvəl dişim bərk ağrıyırdı, qarlı və soyuq havaağrını daha da şiddətləndirmiş, sifətim əməlli-başlı şişmişdi. Ramizinyaralanması və aramsız döyüş bu ağrını unutdurmuşdu mənə...

...Ermənilərin bir dəstəsi Fərruxun üstündəki meşədə mövqe tutub avtomatvə pulemyotlardan dayanmadan mövqelərimizi atəşə tuturdular. Yanıb yalnız qurudivarları qalan fermanın qapı yerinə qısılaraq meşəlikdəki ermənilərin yerinimüəyyənləşdirməyə çalışırdım. Ermənilərin atdıqları güllələr yanımızdan ötübqarı sovururdu, divara dəyən güllələr isə vahiməli səslərlə yanaşı tozanaqqoparırdı.

İndi əsas vəzifəmiz özümüzü qorumaq və vəziyyət barədə Şirin Mirzəyevəməlumat vermək idi. Çünki Ramizin yaralanması, ermənilərin bizi atəşə tutmasıqayğıkeş və diqqətcil komandiri narahat etməyə bilməzdi. Tərslikdən üzərindərusca "Ehtiyatlı olun, düşmən qulaq asır!" sözləri yazılmış simli,əllə doldurulmaqla əlaqə saxlanması mümkün olan tünd çəhrayı rəngli telefon daatəş altında idi. Çox güman ki, ermənilər telefonu görmürdülər. Amma məndəncəmi iki metr solda olan o telefona yaxınlaşa bilmirdim, yerimdən tərpənən kimigüllə yağışı başlayırdı. Arada qumbaraatanlardan və minaatanlardan da atəş açırdılar.Bir anlıq ermənilərin atəşi hardasa 2 ya da 3 saniyəlik dayanası oldu, həmin aneşitdim ki, telefon zəng çalır... Bu yüz faiz Şirin Mirəzyev idi!

Bir taxta parçası tapıb yavaşca telefonu özümə tərəf çəkmək istədim,güllələr necə yağdısa, əlimdə taxta parçasının bir ucu qaldı, o biri ucuparam-parça olub yerə töküldü. Telefonun ətrafına yağan güllələr, onu arxasıüstə çevirmişdi... Hiss edirdim ki, ermənilər yavaş-yavaş kəndə tərəfenirlər... Açığı, nə edəcəyimi bilmirdim. Amma onu dəqiq bilirdim ki, nəyinbahasına olursa-olsun telefonu götürmək və Şirin Mirzəyevə məlumat verməklazımdır.

Mənə ən yaxın mövqedə olan döyüşçü Əfqandan xahiş etdim ki, imkandaxilində məni qorusun, bunu etməyi uşaqlara da desin, yəni mən telefona tərəftullanmazdan bir an qabaq ermənilərin mövqeyini atəşə tutsunlar... Belə dəelədik. Əfqan və uşaqlar ermənilərin mövqelərinə tərəf atəş açmağa başladılar,mən isə yerimdən sıçrayaraq telefonu qucaqladım, amma geri qayıtmaq üçün ayağadura bilmədim, vura bilərdilər, bu səbəbdən də əvvəlki mövqeyimə yerimdənyuvarlana-yuvarlana gəldim.

Telefona heç nə olmamışdı. Telefonu doldurub, Şirin Mirzəyevlə əlaqəsaxladım, ermənilərin əsas atəş mövqelərini ona dedim. Bununla yanaşı,komandirə kənddəki vəziyyət barədə məlumat verdim. O mənə ürək-dirək verdi,hamımıza möhkəm olmağı tapşırdı. Və əlavə elədi ki, qorxmayaq, arxamızda o özüvə batalyon dayanıb. Onu bu təskinliyi məni ürəkləndirsə də, eyni zamanda biraz kövrəltdi. Şirin Mirzəyev nişangahı olmayan topdan ermənilərin mövqelərinə atəşaçmaq əmri verdi. Bir neçə yanlış atəşdən sonra düşməni hədəfə ala bildik. Topatəşindən sonra kəndə enmək istəyən erməniləri atəşə tutduq və onlar geriçəkilməyə məcbur oldular...

Şirin Mirzəyev arxamızda idi

Bu arada onu qeyd edim ki, mən telefonla danışan zaman Əfqan kənardanəli ilə nəyəsə işarə edirdi. Amma mən anlamırdım. Sən demə, Əfqan özmövqeyindən aydın görürmüş ki, ermənilər mən durduğum yeri necə atəşə tutub,hətta güllələr qulağımın yanından, çiynimin üstündən keçib divara dəyirmiş. Həttabu səhnəni görən əsgərlərimizdən birinin həyəcanda dodağı parçalanmışdı...

Bir müddət düşmənlərin atəşi ara verdi. Artıq hava qaralmışdı...Uşaqlarla ilk dəfə olduğumuz bu kəndi öyrəndik, postlardakı mövqelərimizi dəqiqbildik, ermənilərin kəndə haradan gələ biləcəyini müəyyənləşdirdik. Havaqaraldıqca atəş səsləri azaldı, çaqqal və it ulaşmaları başladı... Dişiminağrısını və soyuğu yenidən şiddətlə hiss etməyə başlamışdım.

Axşam, təxminən saat 8-9 radələrində telefonla bildirdilər ki, 3 əsgərləbirlikdə axşam yeməyi üçün bir qədər aşağı düşməliyik. Əsgərlərimizdən üçü iləFərruxdan Cinliyə tərəf düşdük. Deyilən yerdə bizi gözləyirdilər. Burada bizimərzaq təminatçılarımızla yanaşı tanımadığım bir nəfər də var idi. O, bildirdiki, rayonun keçmiş katibi (O vaxt rayona rəhbərlik edən Rayon PartiyaKomitəsinin birinci katibinə belə deyirdilər) Səyyaf Verdiyev bizə salamgöndərib. Səyyaf müəllim salamı tək göndərməmişdi, o axşam orijinal bir şamyeməyinə qonaq olduq.

Heç vaxt yadımdan çıxmaz o gün. Şam yeməyi yarım çörəyin arasınaqoyulmuş bir parça kolbasadan, bir butulka badamlıdan ibarət idi. Və iki qutufiltrsiz "Astra" siqareti, iki qutu da kibrit. Gündüz ŞirinMirzəyevin mənə verdiyi cəsarət qədər vacib oldu bu bizim üçün... Belə məqamdasəlahiyyətli şəxslərin, tanınmış insanların diqqəti çox önəmlidir. Arxandakimlərinsə olduğunu, taleyinlə maraqlandığını, ən azından ölərkən kiminsəkədərlənəcəyini hiss edirsən. Bu, psixoloji cəhətdən çox kömək edir.

Təxminən gecə saat iki radələrində bir qrup erməni kəndin yuxarıbaşından irəliləməyə cəhd elədi... Amma uşaqlar ayıq-sayıq idi, xüsusiləƏləstan. Bu dəfə də ermənilər geri çəkildilər. Yeri gəlmişkən, həmin döyüşdə ənçox güllə atan Ələstan oldu. Hamının kifayət qədər güllə ehtiyatı qaldığıhalda, Ələstan öz ehtiyatını atıb qurtarmış, 3 dəfə də əlavə güllə almışdı.Sonra bəlli oldu ki, döyüşün qızğın bir vaxtında Ələstanın avtomatı avtomatikrejimdə ilişib qalıb və dayanmadan atəş açırmış...

Onu da qeyd edim ki, döyüş zamanı yanmış və biz orada olanda hələ də tüstüləyənkənd evlərinin, ferma binasının içərisində o qədər ora-bura sürünmüşdük ki,üst-başımız palçıq, üz-gözümüz qapqara olmuşdu. Səhər hava işıqlaşanda bircədişlərimiz ağarırdı...

Kəndi qorumaq üçün növbəti dəstə gəldi. Biz postları onlara təhvil veribaşağı düşmək istəyəndə, kəndin ayağında yenidən ermənilərin atəşi iləqarşılaşdıq. Aşağıda müdafiə mövqeyi tutub, vuruşmağa başladıq. Uşaqlar birbirini qoruya-qoruya atəş altından çıxdılar, mən çıxa bilmədim. Böyük bir ağdaşın arxasında qalmışdım, ermənilər də məni hədəfə götürmüşdülər. Buvəziyyətdə oradan nə vaxt və hansı yolla salamat çıxacağımı bilmirdim. Bu vaxtsovet ordusunda mənim kimi tikintidə yox, daha ciddi, tez-tez döyüş təlimlərikeçən qoşun növündə xidmətdə olmuş Müşfiq Rəhimov (1992-ci ildə şəhid oldu)geri qayıdıb, ağacların arxasında özünə yer seçdi. Ermənilərin mövqeyini atəşətutaraq, onların diqqətini özünə çəkdi və mənim çıxmağıma şərait yaratdı. Mənsürünərək təhlükəli ərazidən çıxdım. Müşfiq isə ustalıqla atəş altındanuzaqlaşdı...

Biz sağ-salamat topun yanına çatdıq. Şıxbabalıdan gələn sovxozun "alabaş"avtobusuna mindik. Sürücü Akif Rəhimov sağ-salamat qayıtdığımıza görə bizəgözaydınlığı verdi. Əfqan qayıtdı ki, hələ buradan salamat çıxaq, sonragözaydınlığı verərsən. Söz Əfqanın ağzından çıxar-çıxmaz ermənilər maşını atəşətutdu... Güllələrdən biri avtobusun arxasından girib iki oturacağı gəlib keçdivə düz Rəhmanın ürək nahiyəsindən dəydi. Rəhmanı tez oturacağa uzadıb yaxasınıaçdıq, sinəsinə, kürəyinə baxdıq, qan izi yox idi. Diqqətlə baxanda nə görsəkyaxşıdı? Güllə onun əynindəki pambıq sırıqlı gödəkçəsini deşib, zabit kəmərininelə kürəkdən keçən qayışında ilişib qalmışdı. Sonralar Rəhman bu xəsarətinucbatından xeyli müalicə alası oldu.

Kor olmuş dostumun intihar cəhdi

Biz kəndə qayıdandan sonra Ramizin səhhəti ilə maraqlandıq. Həkimlərdedi ki, Ramizin bir gözü kor olub, daha əlacı yoxdur. Ramizlə görüşdüm,hal-əhval tutdum. "Yaxşıyam"-dedi. Məndən xahiş elədi ki, ona bir əlqumbarası gətirim. Söz verdim, amma sonra ardıcıl döyüşlər bizim görüşməyimizəmane oldu. O vaxt Ramizin 27 yaşı olardı...

Üstündən uzun illər keçdi, Ramiz ailə qurdu, Xədicə adlı bir qızı daoldu. İkilikdə dərdləşəndə bir dəfə Ramiz məndən soruşdu:

- Yadına gəlir, yaralananda səndən əl qumbarası istəmişdim?

- Hə, - dedim, - xatırlayıram...

- Bir gözümün ömürlük görməyəcəyini biləndən sonra intihar etməkistəyirdim o vaxt. Sənə arxayın oldum, sən də gətirib çıxarmadın qumbaranı.Sonrakı döyüşlərdə uşaqların şəhid olmalarını, əlini, ayağını itirmələrini, elədostumuz Nailin ölümcül yaralanmasını görüb, vaz keçdim intihar etməkdən...

Bu arada, biz əsasən Ağdamın Şelli, Abdal, Gülablı və digər kəndləriistiqamətdə döyüşlərə qatılırdıq, kəndin müdafiəsində iştirak edirdik. AmmaQarabağda vəziyyət pis idi. Ermənilərin ardıcıl hücumlarının qarşısınıçətinliklə alırdıq. Rayonun müdafiəsində Ağdam rayon polis idarəsinin, onlarınnəzdində yaradılan OMON-un, könüllü döyüşçülərin komandiri, "Qatır Məmməd"ləqəbli Yaqub Rzayevin, Şirin Mirəzyevin, Allahverdi Bağırovun, Fred Asifin(Asif Məhərrəmovun) rəhbərlik etdiyi batalyonların və digər kiçik silahıqrupların yerli cəsur insanları iştirak edirdi.

***

Fevral ayında onsuz da durumu ağır olan Xocalıda vəziyyət yenidəngərginləşdi.

Ağdam qaynayırdı...

Ardı var

TƏQVİM / ARXİV