adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Iyul 2016 18:00
42818
LAYİHƏ

AQİL ABBAS: QOCALDIQCA GƏNCLƏŞƏN GƏNCƏ


Gəncə haqqında təəssüratlarımı Nizamiməqbərəsi ilə başlamışdım. Yəni Gəncəyə qədəm qoyan hər kəs bu müqəddəs məbəddən keçib gedir. Tarixçilərin fikrincə, Gəncənin 4000 yaşı var.Amma Səməd Vurğunun təbirincə desək, «bilinməyir yaşın sənin…». Gəncəni ölkəmizin başqa şəhərləri ilə fərqləndirən əsasözəlliyindən biri öz qədimliyini qoruyubsaxlamasıdır. Bu qədimlik şəhərin yüz illərlədağılmasına, sonradan yeniləşməsinəbaxmayaraq, özünəməxsus memarlıq üslubunu qoruyub saxlamasındadır. Bu gün Gəncədə kim özünə yeni ev, lap elə villa tiksə də şəhərin özünəməxsus memarlığını qoruyub saxlamağa çalışır. Təbii ki, şəhər min il əvvəlkinəbənzəyə bilməz. İndi 21-ci əsrdi, dünyada yeni memarlıqüslubları yaranıb və inkişaf edənölkələr də təbii ki, bundan istifadə edir. Gəncədə də yeni möhtəşəm binalar tikilir, amma bu binalar o qədər ağıllı şəkildə inşa olunur ki, şəhərin qədimliyinə xələl gətirmir. Avropa ilə Şərq memarlığı bu şəhərdə birləşir.

Aran rayonlarınıniçində Göyçayın qəribə bir özəlliyi var– Çinarlar şəhəri. Gəncə də belədi. Bağlar, parklar, küçələrdə sıralanmış yaşı bilinməyən palıd ağacları, xan çinarları,yəni bir yaşıllığın içində. Şəhərdə bir belə tikinti getməsinə baxmayaraq, bu yaşıllıq imkan daxilində qorunub saxlanılır. Və özü də nəinki qədim Gəncə bağları qorunub saxlanılır, həm də hektarlarla yeni-yenibağlar salınır.

Şəhərin bir özəlliyidə Gəncə çayıdır. Şəhərmi adını bu çaydan götürüb, çaymı adını bu şəhərdən götürüb,bunu dəqiq deyə bilmərəm.

Əvvəllər bu çayGəncənin gözəlliyinə xələl gətirirdi.

Vaxtilə Qarqarçayından ayrılan bir qol Ağdam şəhərini ikiyə bölürdü və ona heç çay demirdi camaat, qobu deyirdi. Biz uşaq olandakörpülərin altında daşları-filanı təmizləyibözümüz üçün balaca da olsa bir çimərlik düzəldirdik, bütün yay boyu da qaçıborda çimişərdik. Amma elə gündəydi ki o suevə gələndən sonra analarımız bizi şapalaqlaya-şapalaqlaya iki-üç dəfə əlif sabunu ilə çimizdirərdi.O vaxt şəhərdəki bütün kanalizasiyasuları həmin qobuya axıdılırdı. Və Ağdamıngözəl havasını da bu qobukorlayırdı. Sonra Ağdama Nadir Abbasovadlı bir şəxsiyyəti (bəli, şəxsi yox, şəxsiyyəti) katib qoydular.Bütün gücünü qoydu o qobununsuyunu, təxminən diametri 2 metr olan borulara yığaraqüstünü örtdü. Qobunun üstündə parklar saldı, xiyabanlar saldı, dövlət binalarıtikdi. Təxminən deyəsən 68-69-cu illərdə. Və sonrakı nəsillər bilmədi ki, bu şəhərin içindən haçansa Qarqarın bir qolu keçib.Şəhərin havası da dəyişdi, həm də şəhər abadlaşdı.

Gəncə çayı da təxminən az qala bizim qobuya dönmüşdü. Susuzluqdan çayın içindəki daşlar da daşlıqlarınıitirib kəsəkləşib.

Elmar Vəliyevinən böyük xidmətlərindən birini sayıram. Gəncə çayı ilə bağlı həyatakeçirdiyi layihə. O da Nadir Abbasovkimi bəlkə də bu çayın üstünü örtə bilərdi, amma o, əksinə etdi. Düzdür, böyükmaddiyyata başa gəlib və gəlməkdədir, ammaGəncə çayını susuzluqdan qurtardı. İndi baxırsan adama ləzzət edir, həm də şəhərin gözəlliyinəbir gözəllik qatır. Susuz çaya sugətirməkdən böyük savab yoxdur.

Mətbuatın140 illiyində bir qrup jurnalist Gəncəyə səfər etmişdik. Həmin vaxtşəhərdə Mətbuat Evinin açılışında da iştirakelədik. Regionda belə bir Mətbuat Evinin açılışına biz jurnalistlər sevinməyə bilməzdik.Bu Mətbuat Evinin özəlliyi nədi?

Gəncə ölkəmizin ikinci ən böyük şəhəridi. Təbii ki, burda ölkədəfəaliyyət göstərən televiziya kanallarının, dövlət və qeyri-dövlət qəzetlərininxüsusi müxbirləri fəaliyyət göstərirlər. Həm də onların fəaliyyəti təkcə Gəncə ilə tamamlanmır, eyni zamanda həmin bölgəni də əhatə edir. Onların fəaliyyətlərinin genişlənməsi, istədikləri vaxtmərkəzlə əlaqə qurmaları, eyni zamanda dünya mətbuatını izləmələri üçün bu Mətbuat Evində hər cür şəraityaradılıb. Zəngin kitabxanası, konfranszalları, jurnalistlərin rahat işləməsi üçün çalışma otaqları və sair və ilaxır. Bu il də Mətbuat günündə Gəncə həm jurnalistlərə, həm ziyalılara, ümumiyyətlə,gəncəlilərə daha bir ərməğan etdi. Möhtəşəm bir Kitab evinin açılışı oldu.

Bu gün çox kitabsızlaşırıq.Rayonlarda demək olar ki, kitab mağazalarıümumiyyətlə, yoxdur. Rayon mərkəzi kitabxanaları da demək olar ki, elə yox kimibir şeydi. Düzdür, bəzi rayonlardaelektron kitabxanalar tikilib. Məsələn, Bərdədəbelə bir kitabxana fəaliyyətgöstərir. Ağcabədidə də belə bir elektronkitabxana tikilməkdədir. Ola bilər hansısarayonlarda da bu yöndə iş görülür, amma elektron kitabxana dədə-babakitabxananı heç vaxt əvəz edə bilməyəcək, kim istəyir gəlsin mübahisə eləyək. Mənimbir zarafatım var, ya bilgisayarda kitab oxudun, ya da əleyhqaz geyib qızılgül iylədin,eyni şeydi. Dadı, tamı, şirinliyi ola bilməz.


Mən orta məktəbdə oxuyanda Ağdamda fəaliyyət göstərən kitabxanaları sizə sayım: Mərkəzi Şəhər Kitabxanası, Müəllimlər Evinin kitabxanası,Pionerlər Evinin kitabxanası, Mərkəzi ŞəhərUşaq Ədəbiyyatı Kitabxanası, Maarif Şöbəsinin kitabxanası, deyəsən yadımdançıxan da var.

Bu yaxınlardamənim şəxsi kitabxanamdan Ağdam Şəhər MərkəziKitabxanasına məxsus Natəvanın bir kitabı çıxdı, məlum oldu ki, yadımdan çıxıb qaytarmamışam. Kitabı 1967-ci ildə mən 7-ci sinifdə oxuyandagötürübmüşəm. Deməli, hətta bir il ondan əvvəl də mən Mərkəzi Şəhər Kitabxanasının üzvüymüşəm.

Bu kitabxanalaragörəydi ey, Ağdamdan dünya şöhrətli Xudu Məmmədov çıxırdı, Rafiq Əliyev çıxırdı, Famil Mehdi çıxırdı, Şahmar Əkbərzadəçıxırdı, Bayram Bayramov çıxırdı, ZeynalMəmmədov çıxırdı, hamımızın jurnalistikada müəllimimiz Cahangir Məmmədov çıxırdı, general Murtuz Quliyev çıxırdı, general Yamən Yusifov çıxırdı, elə Ağdamıən abad şəhərə çevirən Nadir Abbasov çıxırdı,professor Arif Babayev çıxırdı, professorRamiz Quliyev çıxırdı, nə qədər professor desəz sayaram. Gözəl tarixçi alimlərimizBoran müəllim çıxırdı, Akif Nağı çıxırdı, general Rövşən Əkbərov çıxırdı və canını Vətən yolunda qurban verən minlərlə şəhid çıxdı.Öz adımı ona görə yazmıram ki, mənAğcabədi ilə əlli-əlliyəm. Yəni ata yurdum,doğulduğum Ağcabədinin haqqını yeyə bilmərəm.

Bəli, kitab budur,kitabxana budur, Kitab Evi budur.

Gəncədən çıxanböyük-böyük şəxsiyyətlər də anadan doğulanda şəxsiyyət deyildilər. Düzdür, qandangələn var, Allahın verdiyi vergi var və sair və ilaxır. Amma bunların hamısını formalaşdıran, şəxsiyyəti şəxsiyyət edən elmdir,təbii ki, elm də hardadır, kafelərdə, barlarda deyil ha, kitablardadı! Yeri gəlmişkən,Xaçmazda da bir neçə kitabxana fəaliyyətgöstərir, adamın ürəyi açılır. Şəmsəddin müəllim də kitaba böyük qiymət verir.


İndi Gəncədəbelə bir Kitab Evinin açılışı çox möhtəşəmdi.Təəssüf ki, açılışda iştirak edə bilmədim,obyektiv səbəblərdən, amma iki yüzə qədər kitab hazırlamışdım ki, həmin kitab evinə bağışlayım.Yəqin yaxın günlərdə bu istəyimi yerinə yetirəcəm. Açılışda iştirak eləməsəm də açılışdan əvvəl Kitab Evində oldum və ürəyim dağa döndü ki, regiondabelə bir Kitab Evi yaradılıb.

Biz Avropanı gəzib nəsə öyrənirik, amma elə bir-birimizdənöyrənməli də nəsə var.

Vaxtilə həftədə üç dəfə çıxan, tirajı da 8-10 min arası olanrayon qəzetləri fəaliyyət göstərirdi. Vəhəmin rayonun camaatı öz rayonları haqqında məlumatıordan öyrənirdi. Mən tələbə olanda və ondan sonra da Ağdamın «Lenin yolu»və Ağcabədinin «Sürət» qəzetlərinə abunəydim.Boş vaxtlarım olanda da Axundov kitabxanasına gedib, məsələn, «Kirovabadkommunisti»ni, Bərdənin «Kommunizm yolu» qəzetini, «Şuşa» qəzetini,Kəlbəcərin «Yüksəliş» qəzetini, Naxçıvanın «Şərq qapısı» qəzetini (deyəsən o vaxtlaradı başqaydı) vərəqləyərdim. Çünki mərkəziqəzetlər axı regionlara o qədər yer ayırmırdı.

İndi rayon qəzetləri ayda bir dəfə çıxır, özü də rəngli. Ay qardaş, bizə «kraskalı», bahalı qəzet yox, bahalı söz lazımdı. Azərbaycanın pulu ondakından əlli-yüz dəfə artıqdı.Yevlaxda bir qəzet çıxır, çox ağıllı və qabiliyyətlibir baş redaktoru da var, Əminə Yusif qızı.

Elmar Vəliyev Yevlaxda işləyəndə o qəzeti gündəlik qəzetə çevirdi, redaksiyaya yeni ofis verdi,baş redaktoru avtomobillə təmin elədi. Yevlax camaatı da şəhərdə və rayonda baş verən bütün hadisələri bu qəzetdən izləyirdi. Tirajı da deyəsən ya on mindi, ya da on mindən artıqdı.Bu Əminə Yusif qızına ən böyük mükafat düşür ki, 90-cı illərin ən çətinvaxtlarında o qəzeti qoruyub saxlaya bilmişdi, bu gün də fəaliyyətini yüksək səviyyədə davam etdirir.

Bu gün «Gəncənin səsi» qəzeti də çoxyüksək səviyyədə fəaliyyət göstərir, təbii ki, icra hakimiyyətinin dəstəyi ilə.

Qəzetin baş redaktoru Rəfiqə xanım Sadıqovanın və redaksiya kollektivinin əməyini də xüsusi qeyd etmək istəyirik.

Və bir ciddi məsələni vaxtilə parlamentdəqaldırmışam, indi bu yazımda da yenidən gündəməgətirmək istəyirəm. Və həm qələm dostlarımdan, həm də millət vəkilləri həmkarlarımdan dəstək gözləyirəm.

Məsələ nədir? Niyə Gəncənin, böyükbir şəhərin, həm də əslində regionun qəzetiolan «Gəncənin səsi» və Naxçıvanın, blokadada olan Naxçıvanın, ermənilərlə dör-dördöyüşən Naxçıvanın «Şərq qapısı» qəzetləri Bakıdakı qəzet köşklərində, eləcə də rayonlarımızdakı köşklərdə satılmasın? Mən bura Sumqayıtın qəzetini də əlavəedirəm. Çünki biz nə qədər istəsək də həmin regionlara o qədər diqqət ayıra bilmirik.

Eləcə də niyəNaxçıvanın və Gəncənin televiziyalarını həm Bakıda, həm də regionlarda izləyə bilməyək? Region TV-ləri uyduda izləmək olur, o da çətinliklə, hamı izləyə bilmir. Hamının«tarelkası» yoxdu ha. Varsa da üzünü tutub Türkiyənin mənasız kanallarına. NecəTRT-1-i yayımlaya bilirik, bütün ölkə izləyə bilir, eləcə də Naxçıvan MR-in və Gəncə şəhərinin televiziyalarını yayımlaya bilərik, burda böyük bir problem yoxdu.

Hər halda müvafiq orqanlar bu barədə fikirləşsə, pis olmaz.

Gəncə haqqındatəəssüratlarımı oxumaq istəyirsinizsə, yaxın nömrələrimizi izləyin.