ABŞ-İran müharibəsinin qalibi kimdir? - Elxan Şükürlü yazır
Məqsədə çatmaq baxımından qiymətləndirmə apardıqda, 40 günlük savaşın real qalibi məğlubedilməz bir ideyaya, işğalçıya qarşı dirənişdə həmrəyliyə və sarsılmaz müqavimət ruhuna, eyni zamanda qədim və əsrarəngiz mədəniyyətə malik, həm də bizim bir parçamız olan İran xalqıdır.
Çünki İranla aparılan danışıqları qəfildən pozaraq, 28 fevralda hərbi əməliyyatlara başlayan ABŞ-İsrail koalisiyasının açıqca elan edilmiş əsas məqsədi “Venesuela ssenarisi”nin bir başqa və daha sərt formada tətbiqi idi: “Vilayəti-fəqih” sistemini birdəfəlik çökdürmək üçün ölkəni idarə edən əsas fiqurlar qətlə yetirilir, başsız qalan ölkə idarəetməni itirir və parçalanma təhlükəsiylə üzləşir, daxildə xaos başlayır, ümidsiz qalan xalq ayağa qalxır, əraziyə öncədən sızdırılmış silahlı şəxslərin əliylə hərbi çevriliş həyata keçirilir və Şahın pusquda saxlanan oğlu yenidən “qanuni hakimiyyəti bərpa” adıyla taxta əyləşdirilir, beləcə, İran sonda ABŞ-İsrail koalisiyası ilə masa arxasına keçərək, Tramp-Netanyahu duetinin şərtləri əsasında hazırlanmış təslimiyyət aktına imza atır!
28 fevraladək aparılan danışıqlarda İran diplomatiyasının yeganə məqsədi isə nüvə silahı hazırlamaq proqramından imtina və əllərindəki zənginləşdirilmiş uranın İranın mülkiyyətində qalmaq şərtiylə üçüncü ölkəyə verilməsinə razılaşmaq müqabilində, ölkə üzərindəki bütün sanksiyaların götürülməsinə, eləcə də özünün və müttəfiqlərinin təhlükəsizliyinə uzunmüddətli zəmanət sazişinin imzalanmasına nail olmaq idi...
ABŞ-İsrail koalisiyası 40 günlük əməliyyat zamanı başda dini Lider Seyid Əli Xamenei olmaqla, İran rəhbərliyinə daxil olan xeyli sayda yüksəkrütbəli şəxsi və onların ailə üzvlərini qətlə yetirməyi, İran şəhərlərini və strateji obyektlərini dağıtmağı və bərpası xeyli zaman və pul tələb edən irimiqyaslı zərər vurmağı bacarsa da, ölkənin içərisində xaos yaratmaq və hakimiyyəti qəbyönümlülərlə əvəzləmək cəhdlərinin hamısı iflasa uğradı.
“Pilotxilasetmə” adı altında həyata keçirilən “uranqaçırma” əməliyyatı da uğursuzluğa düçar olduqdan sonra Trampa hərbi əməliyyatları “üzüsulu” dayandırmaq və danışıqlar masası arxasına keçmək lazım idi ki, İranın bu savaşdakı əsas müttəfiqi Çin də Pakistan üzərindən danışıqlar masası qurmağa müvəffəq oldu.
Beləliklə, əvvəlcə Venesuela prezidentini oğurlayıb neftinə çökən, daha sonra da İran neftini və coğrafiyasını da ələ keçirərək Çinə əlidolu gedəcəyini düşünən Tramp-Netanyahu ittifaqının qanlı dişləri məhz müsəlman torpaqlarında və müsəlmanların əliylə sındırıldı!
Yeni danışıqlar masası da məhz İslam torpaqlarında - İslamabadda qurulacaq! Kərbəla məktəbindən ilham alan, Peyğəmbər (s.) soyuna və “Əhli-Beyt”inə sahib çıxan qürurlu İran xalqı bu möhtəşəm dirənişi, şücaəti və qeyrətiylə sünnili-şiəli bütün müsəlmanların üzünü ağ elədi! Qibləsi, azanı, “Quran”ı, Peyğəmbəri (s.) bir olan ümmətimiz vəhdət üçün oyanır artıq! Şükür Allaha!
Digər Xəbərlər
20 Aprel 2026 20:00
Yuri Qusev Azərbaycana təşəkkür edib
20 Aprel 2026 19:33
Azərbaycan-Türkiyə hərbi təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub
20 Aprel 2026 18:41
Milli Məclisdən Belçika və Niderlandın qərəzli qərarlarına ETİRAZ
20 Aprel 2026 18:00
Azərbaycan Belçika və Niderlanda NOTA VERDİ
20 Aprel 2026 17:30
Əli Əsədov yenidən məmurları topladı
20 Aprel 2026 17:18
Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNİB
20 Aprel 2026 17:01
“İlham Əliyev bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən siyasi liderdir”
20 Aprel 2026 11:30


Bakı -°C

