adalet.az header logo
  • Bakı -°C
08 Aprel 2026 16:41
81
GÜNDƏM
A- A+

74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb

Bu il 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb.

Adalet.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilir ki, həmin uşaqlardan 30-u oğlan, 44-ü qızdır.

"Qabaqlayıcı sosial dəstək tədbirləri nəticəsində 74 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.

Eyni zamanda bu müddətdə valideyn himayəsindən məhrum olmuş 28 uşaq ailə himayəsinə qaytarılıb. Onlardan 13-ü oğlan, 15-i isə qızdır", - qurumdan bildirilib.