Anar: XXI ƏSRİN İLK NİKBİN ŞERİ
Bu gün Xalq yazıçısı ANARIN doğum günüdür Onun 85 yaşı tama olur!
"Ədalət" qəzetinin kollektivi adından çox DƏYƏRLİ Anar müəllimi Təbrik edirik!
Keçib getdi,
min il, yüz il;
Keçib getdi,
on il, son il.
Keçib gedir
son ay, son gün,
son dəqiqə, son saniyə.
Əsim-əsim əsir səsim,
Axı əsir səsim niyə?
Mən əsrimin əsiriyəm,
Mən əsrimin əsəriyəm.
Yaxşım, pisim -
Fikirlərim, duyğum, hissim,
Ömrüm-günüm, əsərlərim,
əsəblərim,
Ağrılı-acılı sirlərim, -
Nəyim yoxdur, nəyim vardır -
Bu yüz ildən yadigardır.
Tərk edirəm diri-diri
İyirmini -
İki mini.
Tərk edirəm vətən kimi
Ümidimi, diləyimi
yeni əsrə daşıyıram, -
Düşmənlərin acığına
yaşamışam, yaşayıram.
İyirmi bir - yeni vətən,
Min illərin sərhəddini mən aşacam.
Yaşamışam, yaşayıram,
yaşayacam.
Digər Xəbərlər
02 Oktyabr 2026 17:06
Əməyin dəyərindən istirahətin sevincinə – Nabran təəssüratları
01 Oktyabr 2026 18:29
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
01 Oktyabr 2026 10:00
Əbülfət Mədətoğlu: VARMI
01 Oktyabr 2026 09:23


Bakı -°C

