adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Almanların unutduğu dahi: - Paul fon Heyze

CƏLİL CAVANŞİR
30999 | 2013-04-30 00:54

"Hamıöz içində kirayədir..." misralarının müəllifi Alman şairi və Nobelmükafatçısı Paul İohann Lüdviq fon Heyze(Paul Johann Ludwig von Heyse)Berlində, professor ailəsində doğulub. Atası ixtisasca filoloq olsa da, ədəbiyyata və yaradıcılığa marağı ona olduqcaistedadlı olan yəhudi əsilli anasından keçmişdi. Atası professor və Berlinintanınmış şəxslərindən biri olduğu üçün şəhər ziyalıları və aristokratiyatez-tez onların evində toplaşar, sənət, ədəbiyyat söhbətləri edərdilər.

Kiçikyaşlarından ədəbiyyata olan böyük həvəsi, atasının nəzəri bilikləri öyrənməkdəona dəstək verməsi Paula böyük stimul olur. O, Berlin və Bonn universitetlərindəklassik ədəbiyyat və roman filologiyası üzrə mühazirələrdə dinləyici kimiiştirak edir. Təhsilini davam etdirmək istəyi onu vətəndən uzaqlara getməyəhəvəsləndirir. Gənc Paul təhsilini İtaliyada davam etdirir. İtaliyada uzunmüddət yaşaması alman şairini həmişəlik bu ölkəyə bağlayır. İtalyan ədəbiyyatıilə dərindən tanış olur və italyan poeziyasının alman dilinə ən yaxşıtərcüməçilərindən biri kimi tanınır Heyzenin ədəbi zövqünün formalaşmasındaDante və Bokkaçço kimi İntibah dövrü şairlərinin böyük təsiri olub.

Gənc şair

Münhensarayında

1854-cüildə kral II Maksimillian 24 yaşlı gənci Münhenə, öz sarayına dəvət edir.Kraldan aldığı təqaüd müqabilində Heyzenin bütün işi sadəcə sarayınintellektual həyatında iştirakdan ibarət idi. Heç bir maddi problemi olmayanPaul Heyze tezliklə müəlliminin qızı Marqaret Kuqlerə evlənir. Sarayda yüksəknüfuzu olan şair xanımı və dörd övladı ilə birlikdə Münhendəki villasında rahatvə zəngin həyat yaşayır.

Burada o,ədəbiyyatçı dostları E.Heybel, T.Linq və F.Bodenştedtlə (Mirzə Şəfi Vazehintələbəsi, onun şeirlərini alman dilinə çevirən, sonralar isə müəllimininyaradıcılığını öz adına çıxan həmin məhşur Bodenştedtdir) birlikdə Münhenestet-şairlər klubunu yaradır. Klubun üzvləri "təmiz sənət" şüarı iləçıxış edir, xüsusilə kapitalist qaydalarının və texniki tərəqqinin cəmiyyəthəyatının bütün sahələrinə sürətlə daxil olduğu bir şəraitdə poeziyanınilkinliyini və saflığını qorumağı əsas vəzifələri sayırdılar. Həyatdan hərvasitə ilə zövq almaq, epikürizm, estetçilik və müəyyən erotika ünsürləri PaulHeyzenin XIX əsrin 60-70-ci illər yaradıcılığı üçün səciyyəvidir. O, müxtəlifjanrlarda çox və asan yazmağı bacarırdı.

Çoxşaxəlivə

zənginyaradıcılıq yolu

Şair PaulHeyzenin "Nəğmələr və şəkillər" (1877), "İtaliya şeirləri"(1880) kitablarında toplanan bir sıra poetik parçaları mütəxəssislər indi dəalman lirikasının diqqətəlayiq nümunələri kimi dəyərləndirirlər. Yazıçı PaulHeyze tarixi-romantik və müasir mövzulu "Marion" (1855),"Treplli qız" (1858), "Sonuncu kentavr" (1863), "Əsrinövladları" (1873), "Cənnət" (1875), "Bütün zirvələrdənyüksəkdə" (1895), "Merlin" (1892) "Veneranın doğuluşu"(1909) və s. povest və romanların müəllifidir. Eyni zamanda Heyze 100-dən çoxnovella yazmışdır. Alman ədəbiyyatı mütəxəssislərinin fikrincə, Heyzenin nasiristedadı daha çox bu novellalarda duyulur. Lakin Avropa ədəbiyyatında realizmvə naturalizmə, sosial problemlərə marağın artması fonunda alman yazıçısınınromantik üslub, süjet və qəhrəmanlar üzərində köklənən, gerçəklikdən uzaqəsərləri ümumi ədəbi proseslə ayaqlaşa bilmirdi. Bəlkə də məhz bu detallaragörə gənc həmkarları onu tənqid edir, yaradıcılığının zamanla ayaqlaşmadığınıdüşünürdülər. O dramaturq kimi də, kifayət qədər məhsuldar idi. 60-a yaxın pyesqələmə alan Heyzenin səhnə əsərlərinin çoxu mövzu etibarı ilə İncillə, yaxudalman tarixi ilə əlaqəli idi. "Meleager" (1854), "Adrian"(1865), "Qolberq" (1868) "Hans Lanqe" (1886) tarixidramları, "Mariya Maqdalena" (1899) faciəsi bir vaxtlar almansəhnəsində uğurla tamaşaya qoyulub və sevilib. Günümüzlə səsləşməsə də, müasirAlman tamaşaçısının zövqüncə olmasa da, Heyze bir vaxtlar diqqət mərkəzindəolan dramaturq olub.

Heyzememuarist kimi də fərqlənməyi bacarıb. Özünün təxminən yarım əsrlik yaradıcılıqyoluna 1900-cu ildə çap etdirdiyi "Gənclik xatirələri və etiraflar"əsəri ilə yekun vurub. Bu xatirələr təkcə müəllifin deyil, alman cəmiyyətininvə ədəbiyyatının XIX əsrin ikinci yarısında keçdiyi yola ümumiləşdirilmiş baxışhesab oluna bilər.

Vənəhayət...

Nobelmükafatı

1910-cuildə 80 yaşlı Paul Heyze tarixçi Teodor Mommzen və filosof Rudolf Eyken istisnaolunmaqla, alman yazıçıları arasında ilk Nobel mükafatı laureatı oldu. İsveçAkademiyasının daimi katibi Virsentəqdimat nitqində onu "müasir Almaniyanın ən maraqlı şairi"adlandırmış, "haqlı olaraq müasir psixoloji novellanın yaradıcısısayıldığını" bildirmişdi.

MükafatPaul Heyzeyə "lirik şair, dramaturq, romançı və dünya miqyasında tanınannovellalar müəllifi kimi uzun və məhsuldar yaradıcılığı zamanı nümayişetdirdiyi bədiilik və idealizmə görə" verilmişdi. Müəllif xəstə olduğundanNobel mükafatı laureatı medalı və diplomu Stokholmdakı alman səfiri qraf fonPuklerə təqdim edilmişdi.

Ədəbiuzunömürlülüyünə və məhsuldarlığına (24 cildlik novellalar, 6 roman, 60-a yaxınpyes, 9 cildlik poeziya, 2 cildlik memuarlar) baxmayaraq artıq Nobel mükafatıaldığı dövrdə Paul Heyze alman ədəbiyyatının unudulmağa başlayan simalarındanidi. Müasir dövrdə isə onun yaradıcılığı daha çox filoloqları və almanədəbiyyatı tarixçilərini maraqlandırır. Hətta alman ədəbiyyatçıları belə onunhaqqında ciddi bilgiyə sahib deyillər. Buna ədəbi talesizlik də demək olar,şanssızlıq da... Demək Nobel mükafatı almaq da, heç nəyi həll etmir...

CəlilCavanşir

TƏQVİM / ARXİV