adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Fevral 2018 14:48
17867
ƏDƏBİYYAT

Alimlərin allahlıq iddiası – yeni növ məxluqlar yaradılır

Alimlərin allahlıq iddiasına düşməsi təkcə XXI əsrə aid deyil.Onların belə çılğınlığı və ya ilahilik təkəbbürü hələ ötən əsrin əvvəllərinəgedib çıxır. Düzü, keçmiş zaman haqqında bizə ipucları ötürən nağıllarda da bunabənzər fikirlər çoxdur. Məsələn, məşhur "1001 gecə nağıllarında”n birində ərəb cadugərvə kimyagərin qadınla meymunu cütləşdirib yeni nəsil insan növü aldığı iləbağlı maraqlı hissə var. Belə məlum olur ki, insan yaratmaq istəyinin kökü dahaöncələrə gedib çıxır. Amma mən deyim nağıllar əslində vacib tarixi sənədlərdir,bir başqası desin ki, yox boş təxəyyüldür, o zaman söhbət ciddiyətini itirər.Ona görə də dəqiq tarixi sənədlərə müraciət etmək lazımdır. Darvinşünas, təkamülçüalim Qordon Gellap ötən əsrin elmi təcrübələrini mətbuata açıqlayıb bildirirki, hələ 1930-cu ildə Corciyanın Emori Universitetində bir qrup alim dişişimpanze ilə insanı cütləşdirmişdi. Cütləşdirmək də sözdü? Əməlli-başlı ərəvermişdi! Dişi şimpanze kişi təcrübəçilərdən birinə verilib, beləcə cütlük dincvə xoşbəxt şəraitdə doğulacaq balanı gözləyiblər. Vaxt-vədə yetişib "qara qız”dünyaya yeni məxluq gətirib. Amma məxluqun görünüşü o qədər əcaib olub ki, alimlərona yaşamağa imkan tapmadan tələf ediblər. Alimləri qorxudan nə olub, niyə səbirsizlikləgözlədikləri yeni canlını öldürüblər, bu hələ də sirr olaraq qalır. Görünür, oan anlayıblar ki, insan bəlkə də allah kimi yarada bilər, amma yaratdığını onunkimi idarə edə bilməz. Odur ki, işlər cığırından çıxmamış məsələni eləinsansayağı həll ediblər.

Qərblə daim yarışan Rusiya "Sizdən nəyimiz əskikdi?” deyərək,qollarını çırmalayıb. Xüsusən də, bu təcrübə bığıbəyin – Stalinin o qədərxoşuna gəlib ki, "bizdə də bu əjdahadan olmalıdı” əmri özünü çox gözlətməyib.Elə doğma Gürcüstanının ərazisində gizli laboratoriya təsis etdirib. Laboratoriyadaməhkum qadınlarla oranqutan növündən olan erkək meymunlar cütləşdirilib. Doqquzaydan sonra doğulan uşaqlar isə heç vaxt anaya göstərilmirdi. Bunu tələb edənqadınların aqibəti isə heç də ürəkaçan olmurdu. Sual yarana bilər: Stalininyeni növ insan nəyinə lazım idi? II Dünya müharibəsi ərəfəsində heç məlum insannövü olan vətəndaşlarını yedirib dolandıra bilmirdi... Məsələ burasındadır ki, alimlərdənfərqli olaraq Stalinə yeni güc lazım idi. Məhz oranqutan növündən olan meymunlainsandan yaradılan məxluq xarici görünüşünə görə yuxarıda adı çəkilənşimpanzenin balasından daha insanabənzər olur. Təbii ki, biri var meymun ana olsun,biri də var insan. İnsanlıq mütləq üstün gəlməlidir. Yeni məxluqların xaricigörünüşünə görə insanlardan əsas fərqi bədən və üzünün həddən artıq tüklüolması idi. Üz cizgiləri meymunu xatırlatsa da, diksindirəcək dərəcədə insanayad görünmürdü. Əsas fərq bu yeni insanın daxilində idi. Bu məxluqlar insanhisslərindən uzaq idilər – sevmək, kövrəlmək, darıxmaq və s. insani duyğularonlara yad olurdu. Bir parça çörək və vaxtı gələndə erkəklik ehtiyacını ödəməkdənbaşqa heç bir tələbatları olmurdu. Maddi rifah, yaşayış yerinin komfortu onlarüçün fərq etmir, verilən bütün əmrləri icra edirdilər. Yəni tam da müstəmləkəiddiasında olan bir dövlət başçısına lazım olan ordu! Xüsusən də Böyük Vətənmüharibəsində belələrinə ehtiyacyaranacaqdı. Hər halda heç kim onların yolunu gözləyib qara kağızına saçınıyolmayacaqdı. Səngərdə doluxsunub üçbucaq məktublarını analarına, sevgililərinəyollamayacaqdılar. Ətdən-qandan ibarət robot, ya da bildiyimiz manqurt! AmmaStalinin saydığı ilə Fələk razılaşmadı, hesablar da qarışınca, qərb xəfiyyəsigizli laboratoriyadan xəbər tutdu. Dünya filin qulağında ayılıb gərnəşməyəbaşlayanda təcili olaraq laboratoriya məhv edildi. Üstündə əl gəzdirilibzoopark görünüşü verildi. Guya burada nəsli tükənməkdə olan meymunlaryetişdirilərək vəhşi təbiətə geri göndərilirmiş. Həmin "Zoopark” uzun müddət vətəndaşlarınüzünə gülüb. Bəs yaradılmış insanqutanlar? Burası artıq ehtimaldı. Belə gümanolunur ki, həmin insan-meymunlar Qazaxıstan meşələrinə, fələyin umudunaburaxılıb. İddia olunur ki, hazırda bu meşələrdə rastlanılan qaradamı deyilən məxluqlarelə həmin insanqutanların varisləridir. Çünki meşələrə yaxın kənd qadınları dəfələrləbelə qaradamları tərəfindən zorlanılıb. Dünyaya gələn qorxunc uşaqlar isə adamarasınaçıxarıla bilmədiyinə görə yenə də əbədi məskənlərinə – meşələrə buraxılıb.

Ehtimallardan uzaqlaşıb daha bir dəqiq fakta keçək. İlkşimpanze-insanın qorxuncluğu alimləri məyus etməyib. Elm qurdu yenə dəqafaların içini gəmirdiyinə görə 1958-ci ildə bir daha yeni insan-meymunyaradılıb. Bu dəfə meymunluq daha artıq düşüb nədi, yeni məxluq insana yalnıziki cəhətdə bənzəyib. İnsan kimi dik yeriyirmiş və yanaqları tüksüz, eynən atasındakıkimi çilli olub.

Bu uğur o vaxtdan alimləri nə təhər qürurlandırıbsa, indi belə cütləşmələridövrümüzdə də təkrarlamaq istəyirlər. Üstəlik əmindirlər ki, indi daha insansifətmeymun yarada biləcəklər. Hədəf isə bu dəfə qorillalardır.


Şəfiqə ŞƏFA