adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2024 19:01
1083
ƏDƏBİYYAT

Dünya Qarabağlı: Qəlbi kövrək müəllim

Ömür yolu uzaq deyil,yaxındı,

Dərd-kədər də bizə axın-axındı.

Mən nə dedim sözüm sizə toxundu?

Özü gözəl,qəlbi kövrək müəllim.

******

Həm gözəlsiz,həm savadlı,həm incə.

Düşünürəm dərsdən evə gəlincə,

Mən nə edim olsun hər an qəlbincə.

Özü gözəl,qəlbi kövrək müəllim.

******

Mən dəymərəm bir kimsənin qəlbinə,

Lap dönsəmdə bu dünyanın sərvinə,

Çox bağlısız siz də  tarix elminə.

Özü gözəl,qəlbi kövrək müəllim.

******

Əzəl başdan vardı sizə hörmətim,

Tələbəyəm,safdı mənim niyyətim,

Zəhmət  olub daima mənim sərvətim.

Özü gözəl,qəlbi kövrək müəllim.

******

Su istəsəm,sular dönüb buz olar,

Hər nə etsəm çəpə gedər söz olar.

Bir çətinlik artar-artar yüz olar.

Özü gözəl,qəlbi kövrək müəllim.

******

Ürəyiniz günəş kimi təmizdir.

Gözləriniz bir dəryadır,dənizdir.

Camalınız Züleyxayla əkizdir.

Özü gözəl,qəlbi kövrək müəllim.

******

Bu həyatın əvvəli var,sonu yox,

Heç bir kəsin bəxtəvərlik donu yox,

Biri gülsə sanma  onun qəmi yox,

Özü gözəl,qəlbi kövrək müəllim.

******

Bir gül olub,siz güllərə bələndiz,

Siz dürr olub,yaddaşıma ələndiz,

Saf su kimi üz-gözümə çiləndiz,

Özü gözəl,qəlbi kövrək müəllim.

******

Yaxşı insan yadda qalır həmişə.

Siz dəyərsiz milyon qızıl-gümüşə,

Çox düşmüsüz siz enişə-yoxuşa,

Özü gözəl,qəlbi kövrək müəllim.

******

I-kurs müəllimim-Sonaxanım müəllimə həsr edirəm.

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin  İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.