adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Aprel 2024 12:09
390
DÜNYA

Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin mayın 5-10-da Fransa, Serbiya və Macarıstana səfər edəcək.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Xua Çunin məlumat verib.

“Fransa Prezidenti Emmanuel Makron, Serbiya dövlət başçısı Aleksandr Vuçiç, Macarıstan Prezidenti Tamaş Şuyok və Baş Nazir Viktor Orbanın dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin mayın 5-dən 10-dək adı çəkilən üç ölkəyə dövlət səfəri edəcək”, - o vurğulayıb.

Çin XİN-in rəsmi nümayəndəsi səfərlərin təfərrüatları barədə məlumat verməyib.