adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Fevral 2017 15:00
13974
MARAQLI

Alimlər Marsda yoxa çıxan suyu axtarırlar

Amerikalı alimlər Marsda suyun yoxa çıxmasının səbəbini açıqlayıblar.

Adalet.az xəbər verir ki, Marsda suyun tədricən yox olması ilə bağlı bir çox alimlər tərəfindən irəli sürülmüş nəzəriyyəni ABŞ-ın Kolorado Universitetinin ekspertləri təkzib ediblər. Onların fikrincə, "qırmızı” planetdə suyun buxarlanması daha sürətlə baş verib.

Tədqiqatçılar hesab edirlər ki, su molekulları Yerə nisbətən Marsda daha yüksəyə qalxdığı üçün asanlıqla "soyuq tələ”yə düşür. Bu zaman ultrabənövşəyi işığın təsirindən su oksigen və hidrogenə parçalanır.