AĞIR QƏZALAR
Bayram günləri də qəzasız ötüşmədi. Hansı ki, bayram başlamamışdan öncə Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və hərəkat iştirakçılarını xəbərdar etmişdi ki, avtomobil yollarında diqqətli olsunlar, sürət həddinə əməl etsinlər, ara məsafəsi saxlasınlar və nəqliyyat vasitələrini texniki cəhətdən nasaz surətdə idarə etməsinlər.
Təəssüflər olsun ki, həmişə olduğu kimi, martın 19-dan 26-na kimi respublikanın avtomobil yollarında ağır qəzalar baş verib. Bu qəzalar zamanı ölən və xəsarət alanlar olub. Bu barədə bizə məlumat verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli deyir ki, hər bir hərəkət iştirakçısı qaydalara əməl etsə, yol-nəqliyyat hadisələri də çoxalmaz, sadəcə olaraq bəzi sürücülər və hərəkət iştirakçıları kobud surətdə bu qaydaları pozur və nəticədə ağır qəzalar qaçılmaz olur. Ona görə də bir daha onlardan xahiş edirik ki, sürücülər sükan arxasında olanda və piyadalar da yolu keçəndə diqqətli olsunlar!
EMİL FAİQOĞLU
Digər Xəbərlər
25 Dekabr 2025 19:00
AZAL təyyarəsinə döyüş başlığının elementləri dəyib - HESABAT
25 Dekabr 2025 18:23
Yollar buz BAĞLAYACAQ
25 Dekabr 2025 16:16
Azərbaycanda 5 mindən çox zəlzələ olub
25 Dekabr 2025 15:29
Oqtay Əsədovun qızı vəfat edti
25 Dekabr 2025 14:20
3 nəfərin öldüyü avtobus qanunsuz işləyirmiş - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
25 Dekabr 2025 13:18
Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı - VİDEO
25 Dekabr 2025 09:20
Təyyarəmizin qəzaya uğramasından bir il ötdü
24 Dekabr 2025 16:46


Bakı -°C

