28 Fevral 2024 15:05
1783
MƏMLƏKƏT

 Bir xatirə qaldı səndən...-  Ağdamda Sambo idman məktəbinin  banisi Əbülfəz Əliyev - 75

Bu gün ağdamlıların "Əbülfəz müəllim" deyərək ehtiramla adını çəkdiyi, Qarabağda Sambo idman məktəbinin  banisi  hesab edilən Əbülfəz Əliyevin  doğum günüdür.

 Adalet.az xəbər verir ki, SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim Əbülfəz Cəlal oğlu Əliyev 28 fevral 1949-cu ildə Ağdam şəhərində anadan olub.  I sayli Ağdam şəhər orta məktəbinə ilk addımlarını atan ildən  idman onu daha çox cəlb etdi. 1966-ci ildə orta məktəbi başa vuranda artıq ətrafındakılar onun gələcəkdə idmançı olacağına şübhə etmirdi.İdmanın sərbəst  güləş növü ilə mütəmadi  məşğul olması məktəbli Əbülfəzi tay-tuşlarından fərqləndirir. Hətta   gənc Əbülfəz 1968-ildə ordu sıralarına çağırılarkən məhz elə bu səbəbə görə Moskvada daxili qoşunların tərkibində  xidmətə təyin edilir.  SSRİ-nin paytaxtında hərbi xidmət keçməsi onun taleyində bir sıra başlanğıclara, uğurlara ilk addım olur.

Beləki, ordu sıralarında da idmana, xüsusən, sambo uzrə məşqlərə marağı, həvəsi daha da yüksəlir. Sovet dövrünün  qaydalarina görə, mühafizə xidmətində qulluq edən hər bir hərbçi  samboyla mütləq məşğul olmalı, komandanlığın verdiyi  tapşırığın yerinə yetirilməsində həm özünün, həm də tapşırığın  müdafiəsini - mühafizəsini  yüksək peşəkarlıqla həyata keçirməlidir. Hərbi qulluqçu Əbulfəz Əliyev  hayatının vazkeçilməzi olacaq  samboyla bax elə o illərdə qaynayıb qarışdı. 

Hətta həbsxanadan qaçmağı bacarmış bir cani ni təkbaşına və  yalnız sambonun fəndləri ilə  zərərsizləşdirməsi  o dövrdə 19 yaşlı bir əsgər üçün diqqətləri çəkən məqam idi. 

 

Elə SSRI Ali Sovetinin fərmani ilə "Rəşadətə görə"medalı ilə təltif olunanda  vətənindən çox uzaqlarda bu sevinci, bu qüruru necə yaşadığını bəlkə də özü daha yaxşı bilirdi. 

Amma qarşıda yeni-yeni uğurlar əldə etməsi elə belə baş vermədi. Onun kişi xarakteri, gördüyü işi mükəmmələ bağlaması bacarığı, əziyyətlər hesabına fərqlənmək istəyi və nəhayət bağlandığı samboya  sevgisi İlk uğurunu da tezliklə mümkün etdi.  Moskvada hərbçilərin "əlbəyaxa döyüş" idman  oyunlarıyla bağlı keçirilən cemionatında I-ci yer qazanması isə artıq onu qəti olaraq idmana sövq etdi. Bu əlbəttəki çoxmillətli sovetlər ölkəsində xırda bir uğur deyildi, yüksək bir peşəkarlığın dövriyyəyə buraxılmasının xəbərdarlığı idi.

Artıq Moskvada onu tanıyanlar Əbulfəz Əliyevə ehtiramla yanaşırdı. Moskva şəhərindəki "Dinamo"idman cəmiyyətində  məşqçi işləməyə başlayanda da anlayırdı ki, sambo onun həyatının ən böyük vazkeçilməzidir. Buna baxmayaraq, yaşadığı şəhərdən çox-çox uzaqlarda bir doğma  obada, bir doğma eldə hər gün darıxdığı valideynləri vardı. Uğurları onu bu qərib şəhərdə şad etsədə doğma yurdsuz, doğma camaatsız qalması onu xoşbəxt olmağa imkan vermirdi. Dözmür ayrılığa, geri Ağdamına dönür Əbülfəz müəllim!

 1974-1975-illərdə Ağdam təhsil şöbəsinin nəzdində Uşaq Gənclərİdman Mərkəzinidə müəllim kimi işə başlayır , elə həmin gündən  Ağdamda sambo məktebinin təməlini qoyur. Bir çox respublika səviyyəli  samboçular Vaqif Bayramov,Yaqub Həsənov, Fərhad Ocaqverdiyev, sonralar Rafiq Ismaylov, Nazim Səfərov, Mubariz Ibrahimov, Səhliman Ağayev, Bəxtiyar Hacıyev məhz Əbülfəz müəllimin yetirməsi olur.

Bu məqamda Əbülfəz müəllimin şəxsi meşqicisi olduğu Ceyhun Məmmedovun adını çəkməsək olmaz. sambo üzrə 9 dəfə dünya çempionu, 2003-cü ildən etibarən Azərbaycan Sambo Federsiyasının prezidenti Ceyhun Məmmədov SSRİ miqyasında −13 dəfə
Avropa miqyasında – 6 dəfə,  dünya miqyasında – 9 dəfə ümumilikdə  28 dəfə ÇEMPİON adına layiq görülüb.

Sambo tariximizdə əhəmiyyətli olduğuna görəbəzi məqamları da xatırlatmaq yerinədüşərdi. SSRİ kimi bir ölkədə 1975 ciilə qədər “Məhsul” idman cəmiyyəti üzrə cəmi 2 ixtisaslaşmış sambo məktəbi var idisə,(Cambul ve Maykop şəhərlərində) perspektivli idmançılar yetişdirdiyinə, daima saxlanan yüksək nəticələrinə görə eyni il məhz Ağdam şəhərində 3-cü ixtisaslaşmış sambo məktəbi açılır. Təbii ki, SSRİ-nin əməkdar məşqçisi Əbülfəz müəllimin nüfuzu ve əməyi ilə.

Əlbəttə belə nəticələr verən məşqçinin əməyi elə həmin illərdə yüksək qiymətləndirildi. Ona UİLKGİ-nin YİF təşkilatlarının döş nişanı, 2 dəfə Azərbaycan SSRİ Ali Soveti, bir dəfə Sov.İKP-nin, dəfələrlə SSRI idman Komitəsi və Maarif nazirliyinin fəxrifərmanları verilmişdir. Həmçinin sosializim yarışlarının qalibi olub.

İdmanda qazandığı uğurlar bir başqa, ailə sarıdan da Əbülfəz müəllimin bəxti gətirib. Qarabağın ləyaqətli el qızlarından biri ilə ailə həyatı quran 2 qız bir oğul atası olan Əbülfəz müəllimin bəlkə də yeganə dərdi- kədəri yurdunun erməni işğalında qalması olub. Təəssüflə qeyd edək ki, yurdunun , doğma Ağdamının işğaldan azad olduğu günü görməyərək bu dünyadan köçən Əbülfəz müəllimin indi  ruhu şaddır.  

Bəli,  vətəninə, elinə bağlı olan belə bir qiymətli insan  2004-ci il yanvarın 12- də vaxtsız dünyasını dəyişdi.  

Bu arada  Əbülfəz müəllimin qızı Gülər xanımla  ilə əlaqə saxlayıram. Belə ləyaqətli, bütün  Qarabağın, Ağdamın ehtiramla, hörmətlə yad etdiyi, adını rəhmətlə andığı, Ağdamın idman sahəsinin sönməz günəşi kimi  yaddaşlarda silinməyəcək bir şəxsiyyətin qızı olduğu üçün onu təbrik edirəm. Son sözüm də Gülər xanıma o olur ki, nə yaxşı ki, Əbülfəz Əliyev məhz Qarabağın  bu möhtəşəm güşəsində doğulub, nə yaxşı ki, idmanı sevib, vətəni sevib, ailəsini sevib, balalarını sevib, yurdunu sevib və o sevgiərin  yekun məntiqi olaraq da sevilib, indi də sevilir, hələ eeee, 100 illər keçəcək , yenə də seviləcək! Deyəcəklər ki, Ağdamda bir Əbülfəz müəllim vardı, Sambo müəllimi!O çox əziyyət çəkdi ki, yurdunun insanları yurdunu peşəkar idmançı kimi dünyaya tanıtsın!  

Yeri gəlmişkən, mənim qardaşım Həzi Rəşid oğlu Aslanov da Əbülfəz müəllimin tələbəsi olub. Sambo üzrə İdman ustalığına namizəd idi. Ömrü vəfa etmədi. Bir avtomobil qəzasında, 23 yaşında olarkən həyatını itirdi. Həzinin müəllimi haqqında söhbətləri hələ 1983-87-cı illərdə o insanı bizim ailəyə sevdirmişdi.

İndi, bu gün Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim Əbülfəz Cəlal oğlu Əliyevə də, Sambo üzrə İdman ustalığına namizəd Həzi Rəşid oğlu Aslanova da Allahdan rəhmət diləyirəm, məkanınız cənnət olsun!

Böyük ehtiramla : Əntiqə Rəşid