adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Dekabr 2022 11:14
927
MARAQLI

AĞBAĞ XATUNU - İlhami Cəfərsoy yazır

Qarabağdan başqa ölkəmizdə Ağbağ mahalı var idi. Həmin mahal Tərtər və Qarqar çayları arasında yerləşirdi. Bağ, Qara Bağ, Ağbağ Aran nəsilləridir. Baq Aran dilində peyğəmbər, kahin deməkdir. Altay şaman dualarında Ağbaq indiyədək müqəddəs ruhlardan biridir. Ağbağ nəslinin xanımları xatun titulu daşıyırdılar.

Şəkildə onlardan birini Həsən Cəlalın anası Arzu xatunu görürsünüz. Arzu xatun Kayen vilayətinin, indiki Qazax, Axstafa, Dilican bölgələrinin hakimi Qurdun qızı idi(Киракос Гандзакеци1946.с.273; Мхитар Гош1993.с.258). Ermənilər deyirlər ki, o, bizim anamızdır. Xatun onların anası olsaydı, Arzu yox, Aşxalus adı daşıyardı. Ağbağ Həsən Cəlalın atası Vaxtanqın özünün yox, nəslinin adı idi. Ermənilər həmin nəsildən olan elm və din xadimlərinin soyadını Axbaxetsi kimi yazmaqla özləşdirmək istəyirlər. Onlardan biri Axbaxatsi Barseğ (1534-1615) idi. Axbaxatsi ağbağlı, Barseğ bars deməkdir. Ağbağ nəsli haqqında ən dəyərli bilgilərdən biri Musa Xorenlinin tarixindədir. O yazır ki, iki Ağbağ vilayəti var: Böyük Ağbağ, Kiçik Ağbağ. Böyük Ağbağ Bosfor mahalında, Kiçik Ağbağ Kürçaylı mahalındadır. Bosfor mahalı Türkiyənin qərbindəki Bosfor deyil, indiki Naxçıvanın bir hissəsidir. Qarabağlar Naxçıvanla Beyləqan arasında qalmış, Ağbaqlar Tərtər və Qarqar çaylarının arasına köçmüşlər. Qalib ordumuz tarixi adı Ağbağ olan Dağlıq Qarabağı 30 illik qaranlıqdan sonra ağ günə çıxartdı. Biz dilçilər və tarixçilər nə zamansa toplaşıb Ağbağın tarixi adını qaytara biləcəyikmi?