adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Noyabr 2017 17:04
29138
MARAQLI

Ağanın nökər sevdası: rus tatara necə boyun əydi?

Təkcəsovetlərdən deyil, çar Rusiyasından bu yana rusun caynağına keçmiş türk dövlətlərininhəmişə bir dərdi olub. Rus dilinin yerli dil üzərində ağalığı. Fikir verdinizsə,ağalığı dedim, üstünlüyü deyil. Üstünlük əlbəttə yerli dildə olacaqdı. Çünki əhalinin70-80 faizi bu dövlətlərdə öz doğma dilində danışıb. Ağalıq isə rus dilinin məhzyuxarı instansiyalarda tələb olunması ilə əlaqəli idi. Sıravi təsərrüfat, fəhləlikvə ya digər aşağı işlərdə çalışmaq istəyənlərə gözün üstündə qaşın var deyənolmayıb bu dönəmdə. Amma bir balaca yuxarı addımlamaq, "adam” olmaq istədinmi,mütləq ağa dilini mənimsəməliydin. Keçmiş türkdilli sosialistlər az qala 30ildir, müstəqilliyini qazansalar da, bu problem hələ də qalmaqdadır. Orta Asiyaxalqlarında bu daha çox özünü göstərir, yəni könüllülükdən daha çox zəruridir:rus dilini bilmirsənsə, əlini yüksək vəzifədən üz. Bu baxımdan biz azərbaycanlılar,nə qədər rusdilli təbəqəni qınasaq da şükürlüyük. Amma şükür etməyə macalıolmayanlar, yaxud şükürü də rus dilində edən digər türk dövlətləri də var ki,Rusiyanın tərkibindədirlər. Məsələn Tatarıstan. Kənardan baxanda müstəqilliyiolmayan, boyunduruq altında qalmış böyük türk toplumu kimi görünür. Amma bir azdaxilə girib orda qurdalansaq, boyunduruğun kimin əlində, kimin boynundaolduğuna şübhə edəcəyik. Rusiya kimi nəhəng və güclü dövlətin tərkibində olanbu türk respublikası daim bütün diqqətləri, həmçinin gücü özünə cəmləyə bilib.Rusların özünün bir deyimi var: "Hər üç rusdan biri tatardır”. Hələ bir az dairəli gedib "hər üç sözdən biri tatar sözüdür” həqiqətini dilə gətirirlər. Həqiqətəndə müasir rus dilini təhlil edəndə çoxsaylı türk sözləri və sonradan ruslaşmış,yaxud hərfən ruscaya çevrilmiş türk ata sözlərinə rast gəlmək olar.

Məşhur rus yumoristi var: Pavel Volya, tatar qızıLeysan Utaşeva ilə evlənib. Qadın böyük qüvvədir, boşuna deməyiblər. İpə-sapayatmayan, hətta "ipləmə” adına tam oturan Paveli tatar qızı elə ram edib ki,adam hər fürsət düşdükcə tatar xalqının böyüklüyündən, türk dilinin gözəlliyi vəaxıcılığından danışır. Hətta çıxışlarından birində həqiqəti zarafatla deyə-deyəsoydaşlarına etiraf etdirir ki, rus dilini formalaşdıran məhz tatar türkcəsidir.Və buna öz çıxışında çoxsaylı misallar çəkir.

Yuxarıda rus dilində at oynadan türk sözlərindən bəhsetdim, amma konkret misal çəkmədim. Misalın yeri indi genəldi deyə, rahatlıqlasözü ora oturda bilərəm: məşhur "ayda!” nidası var. Bizdə də, qardaş Türkiyədədə işlənir. Dünənə qədər hansı sıravi rusdan soruşsaydın, bu sözün öz lüğətlərininməhsulu olduğuna təkid edərdi. Amma bu gün inad etmir. Dünənin ağası, nökərsaydığı millətin qarşısında boynunu qıldan incə edib. Niyə də etməsin?! 146milyonluq Rusiyanın böyük hissəsi türk xalqlarından ibarətdir. Nəzərə alsaq ki,türk xalqları aborogen xalqlardır, deməli ərazi də türkdilli xalqlara mənsubdur.Bir sözlə, gəmidə oturan əslində ruslardır, gəmiçi isə türk xalqları. Dava eləyibmindikləri gəmidən "Volqa”laşmış "İtil”də, "Yenisey”ləşmiş "Anaçay”da, "Kaspi”ləşmişXəzərdə boğulası deyillər ki!

Rus burnudik xalqdır (sözün hər iki mənasında: həmtəkəbbür baxımından, həm də fizioloji olaraq). Birbaşa etiraf etmək onlara sərfetməz, təkəbbürlərinin başı zədələnər. Amma altdan-altdan mənimsədikləri türksözləri və adətləri həmişə işlərinə yarayıb. Hərdən Qumilyov kimi fədailəriolur, elm xatirinə sandığı açıb pambığı tökürlər. Təbii ki, bunların arasında fədaifiloloqlar da var ki, elm və tədqiqat naminə gerçəkdən qaçmırlar. Krılov adınaetimoloji lüğətdə "Ayda” sözünün türk dilində "Haydı” çağırışından götürüldüyübildirilir. Amma işlənmə yerinə baxıldıqda isə sözlərin sadəcə zahirən bənzədiyibəlli olur. Ən son filoloji araşdırmalar isə "Ayda” sözünün "Ay ədə!” həqarət xarakterlimüraciətdən qaynaqlandığını üzə çıxarır. Daha çox ağalar, ev sahibləri əlaltındakı nökərləri belə çağırırmışlar. Tədricən söz "Aydə” kimi qısalır, sonrahərf dəyişikliyi ilə qismən məna da dəyişir. Amma istənilən mənasındaruslarında dilinə və ağlına batıb ki, sıx-sıx işlətməyə başlayıblar.

Düzdür, araşdırma yiyələri qəti qərara gələ bilmirlərki, "ayda” sözü tatar, yoxsa qırğız türkcəsindən gəlmədir. Amma bunu özləri dəyaxşı bilirlər ki, hər iki dil türk dilidir, sonucda söz türk dilinin bazasındançıxıb.

Şəfiqə ŞƏFA