Ağalar Vəliyev şəhid, qazi ailələrinə, ağsaqqalara bayram sovqatları göndərib - FOTOLAR
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Novruz bayramı münasibətilə seçicilərinə, ağsaqqallara, şəhid və qazi ailələrinə təbrik ünvanlayıb.
Adalet.az xəbər verir ki, seçicilərinə səmimi dilərlərini və xoş arzularını yetirən millət vəkilinin təbrikində deyilir ki, Novruz bayramı xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur, öz tarixi keçmişimizə yüksək ehtiramımızı və milli dəyərlərimizə dərin bağlılığımızı nümayiş etdirir.
Xalqımız Novruz bayramını son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan Şanlı Zəfərimizin və Böyük Qayıdışımızın dogurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.
Novruz bayramı münasibətilə millət vəkili tərəfindən 57 saylı Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatlarının çatdırılması təmin edilib. Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə rayon rəhbərliyinin, geniş ictimaiyyətin nümayəndələrinin, ağsaqqalların, şəhid ailələrinin, qazilərin və oruc tutan sakinlərin iştirakı ilə Xaçmaz rayonunda 550 nəfərlik İftar mərasimi təşkil olunub.
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

