adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Aprel 2019 10:46
89438
LAYİHƏ

Ağac kötüklərində dərs keçən müəllim… – DƏRS OTAĞI

"Dərs otağı” adlılayihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri,şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz.Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə"uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəkiqonağı Saatlı rayon Hacıqasımlı kənd tam orta məktəbində ibtidai sinif müəllimiAynur Qarayevadır.


Qısa tanışlıq

1980- ciil 13 noyabr tarixində Ağdam şəhərində doğulmuşam. 1986-cı ildə Ağdam şəhər 8saylı ort məktəbin I sinfinə daxil olmuş, 1996-cı ildə Saatlı rayonun Qıraqlı kəndtam orta məktəbini bitirmişəm. 1998 – 2001- ci illərdə Gəncə şəhər Məişət XidmətiKollecini İbtidai sinif müəllimi ixtisası üzrə təhsil almış. 2013 – cü ildə "Yaradıcılıq Fakültəsi” ni bitirmişəm. HazırdaTC Atatürk Universiteti Sosiologiya fakultəsində oxuyuram. Könüllü kimi 20ildir uşaq və yeniyetmələrin təlim – tərbiyəsi ilə məşğul oluram. Hal-hazırdaSaatlı rayon Hacıqasımlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyirəm.


Müəllim ailəsi

Atababam müəllim, sonra məktəb direktoru olub. Anam Azərbaycan dili və ədəbiyyat müəllimidir və hazırda Saatlı rayonQıraqlı kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir. Atam tarifaçısı və Ağdam Musiqi Texnikomunda müəllim işləyib. Müharibə başlayanda ilkkönüllülərdən olub və itkin düşüb. Ailədə müəllimliyə böyük hörmət olub. Bu gündəailəmizin çoxu müəllimdi. Amma mən hüquqşünas olmaq istəmişəm. Uşaqlıqdan ancaqdedektiv əsərlər oxuyurdum və BDU – nin hüquq fakultəsi əvəzedilməz xəyalımidi. Bu gün də köhnə kitab dəftərləri vərəqləyəndə arzularımla bağlı qeydlərigörürəm. Anam hüququn qadın işi olmadığını düşünürdü və ən çox eşitdiyim söz buidi ki, "mənə Mehman olmayacaqsan.”


Ağac kötüklərinin üzərində dərs keçirdim...

Məcburiköçkün olduğumuz üçün Qıraqlı kənd məktəbində yaşayırdıq. Bizimlə bərabər məktəbotaqlarında çox ailələr yaşayırdı. Ailə başçıları işə gedirdi.Uşaqlar evdə qalırdı və qonşu uşaqları yığıb hazırlıq keçirdim, dərslərinə köməkedirdim. Sonralar bu peşəkar səviyyə aldı. UAFA, UNİSEF, BMT – nin qaçqın və məcburiköçkünlər üçün olan təhsil layihələrində könüllü müəllim olaraq çalışmağabaşladım. Çadır-çadır, vaqon-vaqon gəzərək səyyar dərslər keçdim. Yayaylarında dərsləri kötüklərin üzərində keçirdim. Çox çətin günlər idi. Çadırınortasında bir ağac tapıb ordan lövhə asardıq, uşaqlar da daş, kötük, kraskaqabı tapıb otururdu. Sonralar yeni tipli qəsəbələr tikildi və mən də həm ev, həmişlə təmin olundum. İlk iş yerim Saatlı rayon Nərimankənd qəsəbəsində yerləşənCəbrayıl rayon 2 saylı məktəb olub. 3 il işlədikdən sonra yaşayış yerimi dəyişdiyimüçün işdən ayrılmış və AQUPD – nin rayonda yerləşən mərkəzində medost, təlimçiişləmişəm. 2014 cü ildə MİQ – də iştirak edərək ucqar kənd məktəbində müəllimişləməyə başlamışam. Artıq 4 – cü ildir ki, həmin məktəbdə işləyirəm.


Doğmalıq və məktəb

Kənd məktəblərininöz spesifik cəhətləri var ki, yaxşı cəhətlər çoxluq təşkil edir. İşlədiyim kəndməktəbinin binası köhnədir. Kənddə qaz olmadığından sinif otaqları odun peçi iləistilənir. İnternetimiz olsa da, elektron lövhə və s. bu kimi imkanlarımız məhduddur.Lakin bütün bunlara baxmayaraq, çox səmimi bir kollektivimiz var. Doğmalıqhissi kənd məktəblərinin sütunu təşkil edir. Hamı bir – birini tanıyır. Yayaxın, ya da uzaq qohumdu. Məhz bu əməkdaşlıq, dostluq münasibətlərini uzunmüddətliedir. Milli dəyərlərimiz, adət- ənənəlirimiz qorunur və genetik olaraqötürülür. Kəndin təmiz havası, təmiz insanları mənə zövq verir. Yaşadığım qəsəbədənrayon mərkəzinə, mərkəzdən kəndə gedirəm. Özümü bir neçə tarixi zamanda hissedirəm. Eyni zaman kəsiyində həm təbaşir lövhədə dərs keçir, həyətdəki dəmirlövhənin döyəclənməsi ilə dərsin bitdiyini bilirəm. Həm də ən yenitexnologiyalarla dərslər hazırlayıb, təlimlərdə iştirak edirəm.


Məktub yazan balaca əllər

Şagirdlərləçox səmimiyəm. Səhərlər məni məktəb qapısında gözləyirlər. Növbə ilə hamısı iləqucaqlaşıb görüşürəm. Bayramlarda hədiyyələr alıram. Uşaq mənim ən həssas tərəfimdi.Uzun müddət uşaq hüquqları ilə məşğul olmuşam və bu sahə üzrə peşəkar təlimçiyəm,şagirdlərimi heç bir halda döymürəm. Mənə görə döymək acizlikdi, döymək heç birhalda tədris və öyrətmə üsulu ola bilməz. Döyməyə vərdiş etmiş müəllim yeni öyrətmə üsullarını öyrənmək istəməyənbirisidir. Döymək mütləq fiziki acı verir, eyni zamanda psixoloji travma, özünəinamsızlıq, qarşı tərəfə nifrət və qorxu formalaşdırır. Döyülmə öyrətmə üsuludeyil və ola bilməz. Olsa olsa qorxudan əzbərləmək olar ki, bu da bir günlükbilikdi.

Sinifdə ədalətliolmaq və şagirdlərə bərabər yanaşmaq ən diqqət etdiyim məsələdi. İstər-istəməzhansısa şagirdi daha çox sevir və bəyənirəm, lakin bunun hiss olunması mənimpeşəkarlığımı kölgələyər. Bunun üçün sinifdə bəzi qaydalarımız var. Səsvermə yoluilə mübahisələri, məsələləri həll edirik. Məktub vasitəsilə də deyə bilmədiklərimizi.Şagirdlərim mənə xeyli məktublar yazırlar ki, bunlardan çoxu sevgi və hörmətlərinibildirməkdən ibarət olur. Bəzən adımı yazır və zərlərlə, bəzəklərlə bəzəyirlər.Ürək şəkli çəkib içərisinə adlarımızı yazırlar. Ad günlərində və əlamətdar günlərdəisə açıqçalar yazırlar. Çox vaxt sinifdə bir – birlərinə, valideyinlərinə bərabəraçıqçalar hazırlayırıq. Onlar da evdə mənə hazırlayır.


Şagird, müəllim və gözyaşı...

Çox vaxtməktəb qapısına qədər maşınla gəlirəm. Bəzən yolüstü düşüb məktəbə qədər piyadagetdiyim də olur. Elə günlərdən biri idi. Soyuq yağışlı bir hava. Dərsdən sonra iclasa gedəcəyim üçünhündürdaban ayaqqabı geyinmişdim. Səhər mən dərsə gedəndə kənd camaatı damal-qarasın naxıra yola salırdı. Qorxmasam da həmişə kənara çəkilib gözələyirəm.Bu dəfə də divar dibinə sıxıldım ki, inəklərin içindən keçməyim. Bu vaxt hirslibir dana naxırdan ayrılıb mənə sarı gəlməyə başladı. Yer gil palçıq ayaqqabınındabanı nece yerə batıbsa, mən çəkirəm ayağım yerdən qopmur. Dana mənə çatıncabirtəhər ayağımı yerdən ayırıb özümü məktəbə çatdırmışam. Qapıya çatanda nəgörsəm yaxşıdı, daban qırılıb torpaqda qalıb.

Növbəformalaşdırmaq üçün şagirdlərin adları olan kiçik ox formasında vərəqlərimizvar ki, ordan hansı adı çəksəm sualıma həmin şagird cavab verməlidir. I dərsbitdi bir şagirdin adına rastlamadım, II dərs artıq şübhələndim, gözəyarı vərəqlərisaydım, biri əskik idi. Yenə əlimi vərəqlərdən birinə uzatdım və şagirdin adınıçəkdim. Uşaq diksindi və ola bilməz müəllim bir də oxuyun dedi. Dedim, niyəolmasın ki? Şagirdin cavabı ilə hamını gülmək tutdu.

-Müəllimmənin adım altımdadı ( Vərəqin üstündə oturmuşdu)

Xüsusiqayğılı şagirdim var ki, evdə fərdi dərs keçirəm. Uşaqlıqdan türk cizgi filmlərinəbaxdığından öz dilimizi zəif bilir. Dərs keçə-keçə bildiyi sözlərin dilimizdəkivariantını da öyrədirəm. Maraqlı bir xarakterdi, əsəbi olduğu üçün arada əlimidişləyir. Əvvəllər əlimi çəkirdim ağrıdığını hiss etdiyi üçün gülürdü, bu onunxoşuna gəlirdi hardasa, zamanla çox istədikcə mənə qıymamağa başladı və hər dəfəsindədeyirdi:


-Canınacıyor, oysa senin elini ısırırım, bak benim köpek dişlerim var, çokk acıyoröylemiii. Anne ögretmenimin ne tatlı canı var yaaa.

Senbir az sert olamazmıydın?

Bir dəfədə yenə həmin şagirdimin evindəydim. Əlim yanmışdı. Çox da böyük olmayan yanıqyeri vardı. Gördüm diqqətlə baxır, əlimi stolun altında gizlədim ki, uşaqdı pisolmasın. Üzümə baxıb:

-Nedenkaçırıyorsun elini? – dedi

-Ağrımır,davam edək – dedim. Əlini ürəyinin üstünə vura- vura:

-Amabenim şuram ağrıyor, ögretmenim, şuram. Nədən dağınıksın, nereye bakıyordun.Lanet olsun ateş seni yakmışmı?

Ağlamağabaşladı. Mən də ona qoşulub ağladım.


Müəllimin nüfuzu yüksəlib

Bununlarazı deyiləm. Son illər müəllimin nüfuzunun yüksəldikməsi sahəsində çox işlərgörülür. Gənc müəllim kimi ucqar kənddə işlədiyim üçün ayda 60 manat əlavə yolpulu, yüksək dərs saatı ilə təmin olunmuşam.Həvəsləndirici tədbirlər, yeni qrant layihələri bu peşəyə marağı daha daartırıb. Cəmiyyətdə yaxşı müəllimə həmişə hörmət olub. Özünə hörmət qoymayan,savadsız kadrlar bütün sahələrdə var və yəqin ki, kadr islahatları, attestasiyanəticəsində hər kəs haqqı olanı alacaq.

Mənə birgün də olsun elm öyrətmiş hər kəsə sonsuz minnətdaram. Müəllimlərimi sevirəm vəonlardan həmişə sevgi, qayğı, özümə inam görmüşəm. Onlar mənim üçün o qədər müqəddəski, onlarla bir cəhbədə olduğum üçün çox şanslıyam.

Kompyuterkursum var və əsasən daha fərqli fokus qrupları ilə işləyirəm. Bütün yaş qruplarındaşagirdlərim olur. İbtidai və məktəbəqədər məşğələləri ya pulsuz keçirəm, ya dalayihələr çərçivəsində könüllü olaraq. " Mərhəmət” İB – nin Saatlı, Sabirabad vəİmişli üzrə nümayəndəsiyəm və birliyin bütün təhsil layihələrində yüzlərləuşağa məşğələlər keçirəm.


Xorla şeir oxuyanlar...

Tədrisplanında olan şeirləri əvvəl özüm oxuyuram dinləyirlər, sonra xorla oxuyuruq. Tədrisolunan şairlərin başqa şeirlərin də, oxu saatlarında oxuyuruq. İmkan daxilindədinləmə saatları edirəm və şagirdlər şairlərin öz səsində şeirlər dinləyirlər.Bəzən şagirdlərim oxuduqları kiçik mətn və şeirləri mənim ifamda dinləmək istəyir.

Şagirdləriminhər biri mənim üçün doğmadı, hərəsinin öz yeri var. Eyni zamanda mən yeni tanışolduğum şagirdimi sosial yanaşma aspektindən qiymətləndirirəm, ailəsini, ətrafını,yaşadığı məkanı, sevib-sevmədiklərini öyrənirəm. Bütün şagirdlərimin bir dəfə dəolsa evində oluram. Onların yaşamı, gündəlik vərdişləri və həyatı mənə çox şeydeyir. Həll edə biləcəyim problemlərində yaxından iştirak edirəm. Bu vaxta qədərbir neçə şagirdimin alimentinin verilməsi üçün məhkəmə prosesi açmışam. Bir çoxşağirdimin həkim müayinəsi və müalicəsinə dəstək olmuşam.


Müəllimi ana bilən şagirdlər

Özüm təkövlad olduğum üçün evin tək uşaqlarını heç vaxt unuda bilmirəm. Ad çəkməklazımsa, Nərgiz, Toğrul, Rahim, Cavidan evin yeganə övladları olduqları üçündaha doğmadılar mənə. Şəms elitası və mədəniyyəti ilə, Əsmər məntiqi təfəkkürüvə zəhmətkeşliyi ilə güvəndiyim şagirdlərimdi. Məni sevindirən odur ki, təkcə dərs dediyim şagirdlərim yox, onların ətrafıvə yaxınları, hazırlıq uşaqlarımın çoxu mənə, ana və ya mama deyir. Bununlabağlı bir xatirə yadıma düşdü.

Rəhmanadlı nənə qəyyumluğunda olan bir şagirdim var. Bir az şuluq uşaqdı. Bir günPolis Şöbəsindən mənə zəng gəldi.

-Salam

-Salam

-Oğlunuzyanımızdadı, imkan varsa şöbəyə gəlin.

Oğlumda qarşımda əyləşib yazı yazır. Dedim ki, səhv salmısız mənim oğlum evdədi.Dedilər ki, biz parkın güllərin çıxartdığı üçün bir uşaq saxlamışıq, inadlasizin oğlunuz olduğunu deyir.

Həmgülmək tutub məni, həm də kövrəlmişəm. Dedim ki, olar telefonu verəsiz uşaqladanışam. Səsi gələ, görəm Rəhman.

Deyirəmniyə polisə yalan deyirsən?

-Vallayalan demirəm , mənim mamam sənsən.

Sonrapolisdən xahiş etdim ki, evə buraxsın nənəsi nigarındır.


Qadın xeylağı profil açmaz

Rayon əhalisiüçün yenilikçi biri olmaq problemdi. Kənddə ilk işlədiyim ili, kəndincavanlarından biri mənə Facebook da yazmışdı: "sən bizim məktəbdə işləyirsən,qeyrətin qeyrətimizdi, profil şəklindəki özünsən, əvvəl dedilər inanmadım, ammasonra uşaqlarla şəklini görüb inandım. Qadın xeylağı öz adı ilə, öz şəkli iləprofil açmaz. Kənddə müasir düşüncəli insanlar çoxdu, ali təhsil ocaqlarındaxeyli tələbəmiz var. Amma istər kənd, istər rayon, istər bütün respublika...

Özünolmaq, özün kimi olmaq çox da mentalitetə uyğun deyil. Hamı kimi başını aşağısal, çörəyini qazan.

Fərlisənsə,cəsarətli addımlar atırsansa mütləq qınaq obyekti olacaqsan. Amma nə vaxtsa düzyolda olduğuna, haqlı olduğuna inanacaqlar. İnandığım yolda tək olsa beləsonuna qədər getmişəm. İnanmaq, inandırmağı bacarmaq müəllim olmağın açarıdı. Əslmüəllim arxasınca aparmağı bacarandı. Öz davranışları və cəsarəti ilə nümunəolandı. Müəllim olmaq gözəldi.