ADR-in elanından 1 gün sonrakı TARİXİ SƏHV: Ermənilərə güzəşt edilən İrəvan...
Bu gün əzəli və əbədi Azərbaycan torpaqlarından birinin işğal günüdür.
Adalet.az xəbər verir ki, dünya güclərinin və Çar Rusiyasının təzyiqləri nəticəsində ermənilər çox uğrunda çarpışdıqları bir ideyanı həyata keçirə bildilər. Beləki, Bakıda ADR yaranmasının elanından cəmi bir gün sonra -1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurası qərar verdi.
Milli Şuranın iclasına Həsənbəy Ağayev sədrlik edirdi.
İclasda F.X.Xoyski, M.Cəfərov, M.Hacınski, A.Mahmudbəyov, F.Köçərlinski, Məlik Yeqanov, R.Vəkilov, H.Şahtaxtinski, A.Axundov, M.K.Məmmədbəyov, X.Məlik-Aslanov, C.Hacınski, C.A.Ağamalov, Şərifov iştirak ediblər.
Tarixçilərin araşdırmalarına görə, Fətəli Xan Xoyski iclasın açılışında Azərbaycan və Ermənistan sərhədləri haqda Ermənistan Milli Şurası ilə aparılan danışıqların nəticələrini elan edib. Məruzəsinin sonunda bildirib ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. İsgəndəriyyə şəhərinin Türkiyəyə birləşdirilməsindən sonra Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər. Buna görə də İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür.
Daha sonra X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov məsələ ilə bağlı çıxış edərək bildiriblər ki, İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi zərurət olsa da, bizim üçün qaçılmaz, acı bir həqiqətdir. Daha sonra məsələ ilə bağlı səsvermə keçirilib.
Milli Şuranın 28 üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb, digərləri səsverməyə qatılmayıb.
Qeyd edək ki, İrəvanın Azərbaycandan alınaraq Ermənistana verilməsi ideyası 1912-ci ildə yaranıb. Avropada gedən müharibədən qalib çıxmış, Paris Sülh Konfransını çağıran Prezident Vilson və onu müdafiə edənlər 3 Qafqaz respublikası qarşısında məsələni belə qoymuşdu: siz dövlətinizi yaradın, sərhədlərini müəyyən edin, paytaxtlarınızı yaradın, biz də sizin müstəqilliyiniz haqqında düşünək. Azərbaycan tərəfi də məcburiyyət üzündən torpaqları Ermənistana verdi. Bir mənafeyi qurban verib başlıca mənafeyi – Azərbaycanın müstəqilliyini elan etmək, onun taleyini həll etmək üçün bu addımı atmağa məcbur oldu.
Əntiqə Rəşid
(Yazıda tarixçilərin araşdırmalarından istifadə olunub)
Digər Xəbərlər
15 Sentyabr 2026 18:38
Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO + FOTOLAR
15 Sentyabr 2026 17:55
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi
15 Sentyabr 2026 17:32
Allahşükür Paşazadə Prezidentə təşəkkür etdi
15 Sentyabr 2026 16:55
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin” - İlham Əliyev
15 Sentyabr 2026 16:16
Prezident bu icra başçısını vəzifəsindən azad etdi
15 Sentyabr 2026 15:49
Kobud qayda pozuntularına qarşı mübarizə...
15 Sentyabr 2026 15:31
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
15 Sentyabr 2026 15:27


Bakı -°C

