adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ABŞ-a BAXIB DüZLƏNƏKMi?

OQTAY SALAMOV
15972 | 2007-08-18 02:41
Bizim bir çox müğənnilər özlərinə qoşma-bəzəmə adlar verdiyi kimi, ABŞ da özünə çox gurultulu bir ad verib: Demokratiyanın beşiyi. Heç buradakı müğənnilərimizə bir söz deyə bilmirik, okeanın o tayında olan o boyda ABŞ-a nə deyəcəyik ki? Olsun! Düzdü, bəzən adamın ağlına naqolay suallar gəlir ki, bəs bu beşiyə qədər olan proseslər kimin ayağına yazılır: yəni bu beşikdəkinin atası, anası, yengəsi, mamaçası kimdir, beşiyə düşənə qədər kimlərin nəzarəti və sponsorluğu altında olub və s. Özü də üç-dörd dənə.
   
   Nədənsə müstəqilliyə göz açandan bəri nə eləyiriksə, nə eləmək istəəəəyiriksə, deyirlər- Amerikaya baxıb düzlənin. Avropa standartları-zad da Avropadan yox, elə Amerikadan gəlir. Dünya standartları isə fırt eləyib birbaşa ABŞ-ın ...burnundan düşüb. Əşi, mən niyə yaxamı cırıram, bəyəm özünüz bilmirsiniz ki, dünyanın ağası da, lotusu da, avtoriteti də, ən "humanisti" də, "demokratı" da Amerika Birləşmiş Ştatlarıdı?

TƏQVİM / ARXİV