Abşeronda əməliyyat: Saxlanılanlar var - VİDEO
Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini 38 yaşlı Rüfət Qədirov və 26 yaşlı Həsən Musayev saxlanılıblar.
Adalet.az xəbər verir ki, R.Qədirovdan 1 kiloqram heroin və 3 kiloqram 447 qram marixuana, H.Musayevdən isə 495 qram psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Abşeron RPİ əməkdaşlarının ilin əvvəlindən narkotiklərlə bağlı keçirdikləri əməliyyatlar zamanı 51 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu istiqamətdə əməliyyatlar davam etdirilir.
Digər Xəbərlər
24 Avqust 2026 17:00
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb - VİDEO
22 Avqust 2026 11:38
Polis avtomat, qumbara və tüfənglər aşkarladı
21 Avqust 2026 15:59
Kiberpolis əməliyyat keçirdi - Elcan Cəfərov saxlanıldı - VİDEO
21 Avqust 2026 11:08
Su Polisi ƏMƏLİYYAT keçirdi
20 Avqust 2026 09:56
17 il axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dən xüsusi əməliyyat
19 Avqust 2026 17:34
Bakıya gələnlərə bağlamalar payladılar - Qəbul edən şəxs saxlanıldı
19 Avqust 2026 16:31
DİN əhaliyə MÜRACİƏT ETDİ: Kiberdələduzluq halları...
19 Avqust 2026 16:12


Bakı -°C

