ABŞ Ticarət Palatası Prezident İlham Əliyevi Vaşinqtona dəvət edib
ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi ölkəsinin biznes icmasını təmsil edən daha böyük nümayəndə heyəti ilə görüşmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib.
Adalet.az xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidentinin qəbulunda deyib.
"Azərbaycana çox böyük maraq var. Hesab edirəm ki, hər şey iki il bundan əvvəl COP-dan başladı və COP çox uğurlu bir tədbir oldu və Sizin xatırlatdığınız kimi bu COP-da dünyanın ehtiyacı olan neftin və ənənəvi enerjinin və yeni enerji mənbələrinin önəmi qeyd olundu. Bu gün burada bütün sektorlardan - əsas sektorlardan, yaranmaqda olan sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələri yığışıb.
O vaxtdan bəri biz Azərbaycana çox böyük marağın olduğunun şahidiyik. Sizin nazirlər həmişə gələ bilərlər. Qarşılıqlı əlaqə üçün nə qədər çox imkan olsa, Azərbaycanda Amerika şirkətləri üçün mövcud olan fürsətlərin onlar tərəfindən qavranılması bir o qədər də çox olacaq.
Gələn dəfə Siz Nyu-Yorkda olanda, - Sizin necə məşğul olduğunuzu bilirəm, lakin biz əvvəlcədən planlaşdıracağıq, - səfəriniz çərçivəsində bizim üçün dəyirmi masanın təşkilində yardımçı olmağı xahiş edəcəyik. Bəlkə Nyu-Yorka bir gün əvvəl gələ bilərsiniz, - hətta bu, bazar günü də ola bilər, - Sizin fikirlərinizi, şirkətlərlə bağlı fikirlərinizi öyrənmək istəyirik", - K. Çoksi vurğulayıb.
Digər Xəbərlər
09 Fevral 2026 21:15
Vens: TRIPP Cənubi Qafqaz regionuna böyük iqtisadi fayda gətirəcək
09 Fevral 2026 21:14
İlham Əliyev: 2032-ci ilə qədər əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq
09 Fevral 2026 21:03
Azərbaycan Prezidenti: ABŞ ilə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz təbiidir
09 Fevral 2026 20:43
Azərbaycan Prezidenti: Bu gün əsas diqqəti süni zəka sahəsində irəliyə doğru addım atmağa yönəldirik
09 Fevral 2026 20:41
Azərbaycana ABŞ-ın aparıcı şirkətlərinin geniş nümayəndə heyəti gəlib
09 Fevral 2026 20:40
İlham Əliyev: Mehmanxana biznesinin Azərbaycanda böyük potensialı var
09 Fevral 2026 20:39
Azərbaycan "Visa" ilə sıx əməkdaşlıq edir
09 Fevral 2026 20:32


Bakı -°C

