ABŞ konqresmenindən hədə: " Azərbaycan cavab verəcək"
Ermənilərin “blokada” hay-həşirinə okeanın o üzündən cavab gəlib.
Adalet.az xəbər verir ki, ABŞ-da erməni milyarderlərinin və lobbilərinin əlində oyunçağa dönmüş ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Linda Sançes ermənilərin “hay- həşirinə” “hay” verib. Belə ki, xanım Sançes ötən gün ANCA-nın (Amerika Erməniləri Milli Komitəsi (ANCA) erməni lobbisinin ən böyük siyasi təşkilatıdır- red-Əntiqə Rəşid) Artsax ofisinin nümayəndəsi Gevorq İskaçyanla telefon əlaqəsi saxlayıb. Söhbət zamanı konqresmen yerlərdə vəziyyətlə bağlı məlumat alıb və narahatlığını bildirib: "Laçın dəhlizinin blokadası davam edərsə, bu, humanitar fəlakət riski daşıyır"- deyə vurğulayıb.
ABŞ senatoru saxtakarlığını, saxta “narahatçılığını” bu sözlərlə biruzə verib: "Təxminən 120 min erməni ərzaq, yanacaq və dərman almaqdan məhrum edilib. Qışda bölgə də istiliksiz və işıqsız qalıb. Belə davam edərsə, humanitar fəlakət baş verə bilər. Biz Azərbaycana açıq şəkildə göstərməliyik ki, öz iradəsini zorla erməni xalqına sırımaq yolverilməzdir. Və Artsax xalqını inandırıram ki, administrasiyamızın yardımı onlara çatacaqdır”.
Azərbaycanla haqq-hesab çəkilməsinin vacibliyini vurğulayan Sançes ölkəmizi hədələməyi də unutmadı: “Bu gün mənim fikrim-diqqətim bu qeyri-insani şəraitdə əziyyət çəkənlərlədir və mən Azərbaycanın erməni xalqına qarşı təcavüzünə görə cavab verəcəyinə dair öhdəliyimi bir daha bildirirəm”.
Qeyd edək ki, ABŞ-da Azərbaycan əleyhinə yönəlmiş bütün addımın arxasında mütləq erməni lobbisinin və diaspor təşkilatlarının durur. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir ki, “907-ci düzəliş”ində ( 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir) bu təşkilatın fəaliyyəti böyük olub. Daha dəqiq desək, hazırda qondarma erməni soyqırımının ABŞ-ın 50 ştatında tanınmasında və prezident Co Bayden tərəfindən “soyqırım” olaraq təsdiq edilməsində bu təşkilatın işi ermənilər üçün “misilsiz xidmət” kimi qiymətləndirilir. Linda Sançes isə digər konqresmenlər kimi hər zaman bu təşkilatın oyuncağı olub.
Əntiqə Rəşid
Digər Xəbərlər
07 Aprel 2026 19:12
“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
07 Aprel 2026 17:52
Eşqi Bağırov yeni müdir müavinləri təyin etdi
07 Aprel 2026 17:35
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
07 Aprel 2026 11:56
Xocavənd şəhərinə növbəti KÖÇ
07 Aprel 2026 10:45
Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq
07 Aprel 2026 10:14
Həmin uşaq valideynlərinə təhvil verildi - YENİLƏNİB
06 Aprel 2026 18:51
Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:23


Bakı -°C

