adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2020 17:01
83476
LAYİHƏ

ABDULLAHLILAR NƏSLİNİN AĞSAQQALI

Yadımdadır, sovet dönəmindəKreml rəhbərlərindən birisi, Böyük Britaniya Kraliçasına dəyərli hədiyyə olaraq"təmiz qanlı" Qarabağ atı bağışlamışdı. Qəzetlərin manşetinəçıxarılan sensasiya xarakterli bu xəbər, hamıdan çox böyük şairimiz BəxtiyarVahabzadənin heysiyyatına toxunmuşdu. Bütün vücudu ilə silkələnən şair, bumünasibətlə digər vətənsevərləri də riqqətə gətirən bir şeir də yazıb, mətbuatdadərc etdirmişdi. Bəxtiyar müəllim böyük comərdliklə edilən bu bəxşeyşə qətiyyətləetiraz edib, "yox!" deyirdi.

Doğrusu, sovet ruhunda tərbiyəedilən bir gənc kimi, o zaman Bəxtiyar müəllimin bu etirazına bir az iradım daolmuşdu: "At atdır da, onun nə fərqi, ya qarabağlısı olsun və ya qeyrisi,nə təmizi, nə çirklisi" deyə düşünmüşdüm. Şeirin məna kəsərini dərk etdikdənsonra, Bəxtiyar müəllimin əsərində nə qədər dərin fəlsəfi bir məna gizləndiyiniöyrəndim. İndi də o fərdi düşüncəmi xatırladıqca, ulu şairin ruhu qarşısında xəcalətçəkirəm. Demə, mənim həyatda bilmədiklərim çox şeylər varmış. Doğrudan da, qəzetlərməhz niyə "Təmiz qanlı" Qarabağ atı sözlərini manşetlərəçıxarmışdılar? Əgər məqsəd Əlahəzrət Kraliçanın hüsni-rəğbətini qazanmaq idisə,mətbuat bu ifadəni daha iri, daha yağlı şriftlərlə başqa cür də yaza bilərdi. Məhz"Qarabağ" sözü niyə belə səxavətlə hallandırılırdı?

Kişiliyin, qeyrətin, namusun bir meyarolaraq qəbul edildiyi zamanlarda, güçlüdüşməndən qisas almaq üçün onun ya atınıoğurlayardılar, ya da yalını, quyruğunu qırxardılar. Bu, ailə namusuna toxunmaqkimi qan qoxulu bağışlanılmaz hal sayılardı. İndi isə, "təmiz qanlı"Qarabağ atı, kimlər tərəfindənsə kimlərəsəərməğan edilirdi. Bu, Bəxtiyar müəllimin fikrincə rəmzi məna kəsbedirdi. Bu, bir elin, bir obanın, küllü Qarabağın verilməsi mənasını daşıyırdı.Bu, Qarabağımızın bugünkü durumunu əvvəlcədən, uzaqgörənliklə görmək idi, şairtərəfindən.

"Qarabağ atı" bizimmilli simvolumuzdur. Qarabağ atları döyüşlərdən qalib çıxmaq ənənəsini irsənözündə yaşadan xüsusi özəlliklərə məxsus at cinsidir. Yeganə at nəslidir ki,yad eldə, yad əldə heç bir təlimə yatmayırlar, heç bir sığala uymayırlar. Qeyrikəsin sözünə baxmayırlar. Şinəyib sifət göstərirlər. Yeganə at nəslidir ki, yadməmləkətdə artıb-örəmirlər, heç bir cütləşməyə, hibridləşməyə meyl göstərmirlər.Onların atası da, anası da "qarabağlı" olmalıdır. Onlar ancaq"Qarabağ" adlı bir məmləkətdə, "Qarabağ" adlı bir səmaaltında artıb örəyirlər, necə ki, "Xarı Bülbülü" bitirən Şuşa torpağıkimi…

Bu xatırlamanı misal çəkməkdə məqsədimhəm Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının "Qarabağ Azərbaycandır"kəlamına öz həmrəyliyimi bildirmək, həm Qarabağ dərdimizi bir daha yada salmaq,həm də yazacağım mövzuya ayaqyeri açmaqdır.

İnsanlar da, nəsillər də belədir.İllər əsrlərə, qərinələrə dönüb tarixə qovuşsa da, həyata gələn hər bir körpə,yenə də irsən mənsub olduğu nəslin "qan yaddaşının" daşıyıcısı olur,bir növ onların həyatını təkrarlayan insanlar olurlar.

"DNT" adlanan müasirelm sahəsi bir ovuc çürümüş sümüyün analizindən adamın nəsil kimliyini təyinetməyə imkan verir. Bu, Allaha inanmayanlara, onun mövcudluğunu təsdiq edən əyanisübutdur.

560 evli Tircan kəndi, yerli vəgəlmə nəsillərdən ibarətdir. Nəsil adı tircanlılar üçün çox önəmlidir, keyfiyyətgöstəricisidir, fərqlənmə nişanıdır, hər biradamın şəxsiyyət vəsiqəsi, ev ünvanı, kimliyi, el-camaat arasındaqazandığı etibar və etimadı deməkdir. Qız verib qız alanda da, ev tikib qonşuolanda da, yoldaş olub yola çıxanda da, ürək qızdırıb sirrini açanda da, borçalıb borç verəndə də nəsil kökü əsas götürülür. Əgər siz, Bakı-İsmayıllı yolunun 160 km.-dən sağa burulub Tircana gəlsənizvə elə girəcəkdəcə ayaq saxlayıb kimdən kəndin ən mötəbər, ən alicənab, əsilli-nəcabətlinəslin kimliyini soruşsanız, fikirləşmədənhamı"Abdullahlılar" ınəslinin adını söyləyəcəkdir. (Bəzən buad təhrif olunaraq "Abdullallılar" kimi də deyilir).

"Abdullahlılar""nəsli kəndin aborogen nəsli olmaqla, tarixi, qədim Xocalı yurdunun tarixindəntutmuş müasir Tircanın tarixinə kimi, ənazından 7 dəfə məkanını dəyişməsi məlumolan yurd yerlərinin tarixi ilə eyni yaşdadır. Bunu deməyə əsas verən arqumentlərdənbiri, həmin nəslə mənsub olan 300 illik qəbirlərin bu gün də nəslin davamçılarıtərəfindən mütəmadi olaraq ziyarət edilməsidir.

Respublikada məşhur "Bədo"bulağının şimal hissəsindəki geniş ərazilər, tarixlər boyu "Abdullahlılartorpağı" kimi adlanıb. Nəsildən nəslə keçib bizə gəlib çatan məlumatlaragörə, bu nəsl , Allah tərəfindən insanlara xilaskar din olaraq göndərilən İslamdinini Qafqazda qəbul edən ilktayfalardandır.

Nəslin yaşlı adamları özata-babalarına istinadən danışardılar ki, ulu babaları islamı qəbul edərkən,özünə son peyğəmbər Məhəmməd əleyhüssəlamın atasının adı "Abdullah"ı(Allahın qulu deməkdir) götürübdür. O zamandan Abdullahlı nəsli, zaman keçdikcədünyalarını dəyişmiş Abdullahların adlarını yeni doğulmuş körpələrinə qoymuş vəbeləliklə nəsil adının itməsinə yol verməmişlər.

Respublika Mərkəzi Arxivindəsaxlanılan 1849, 1873, 1886-cı illərə dair arxiv materiallarından biz bunlarıaçıq-aydın görürük. (F 43 op. 2.d.7200 və 7337). Sonuncu Abdullah 1790-cı illərdəanadan olub. Onun Məmməd (1831), Əbdülxalıq (1841), Əli (1845), Səbzəli (!852)adlı dörd oğlu olmuş və hər biri Məkkə, Kəbə və Mədinə ziyarətinə getmiş,"Hacı"tituluna yiyələnmişlər.

Onların hər biri bu yüksək adıdoğrultmuşlar və yaşadıqları eldə, obada, eləcə də bütün Şirvanda sayılıb-seçilənxeyriyyəçilər, söz sahibləri olmuşlar. Böyük rus şairi M.Y. Lermontov 1837-ciildə Qafqazda sürgündə olarkən, M.F.Axundovun tövsiyyəsinə əsasən, İsmayıl bəyQutqaşenlinin müşaiyyəti ilə Şamaxıya, oradan da Tircana gəlmiş, hörmətliqonaqlar məhz Abdullah kişinin evinə düşmüş, burada yerli, məşhur Aşıq Orucunifasında "Aşıq Qərib" dastanına qulaq asmışdır. Abdullah kişi möhtərəmqonaqları yola salarkən onlara milli ornamentli hədiyyələr vermiş, adlarınaağaç əkmişdir. Lermontov isə Abdullah kişiyə xatirə olaraq qırmancınıvermişdir. İndi Abdullah kişinin özünün və zövcəsinin də, özündən əvvəlki neçə-neçə ulu babaları olmuş abdullahların vəulu nənələrinin də , 4 oğlunun, 4 gəlninin də, neçə-neçə nəvələrinin də qəbirlərimeşələşmiş qədim "Şah Abdal"qəbristanlığında, mamırlı daş barılar əhatəsində,ailə məzarlığında uyuyurlar.

Ot kökü üstə bitər, demişlər. Kəndsonuncu dəfə 1907-ci ildə tamamilə yerə kömüləndə, kəndin bərpası üçün döşləriniqabağa verən yenə Abdullahlılar nəsli olmuşdu.Şamaxı qəzasında məsul vəzifədəçalışan Hacı Əli oğlu Kamil (onu hörmət əlaməti olaraq "Molla Kamil"də adlandırırdılar) çar fərmanının icraçsı kimi kəndin yeni əraziyə köçürülməsinənail olur.

O, rus mühəndislərinin ıköməklikləriilə yeni kəndin salınmasına, məktəb, mehmanxana, Qonaq evi və Cümə məscidinininşasından başlayır. Atası Hacı Əli, öz vəsaiti hesabına 7 km. məsafədən kəndəkürəbəndlə su çəkdirir. Molla Kamil1915-ci və 1918-ci illərdə əlinə Lermontovun babası Abdullaha verdiyi qırmancıalaraq, kəndi erməni basqınlarından xilas edən Qafqaz İslam Ordusu ilə birlikdəxüsusi qəhrəmanlıq göstərmişdir. 1920ci ildə Milli Hökumətimiz erməni-bolşevvikünsürləri tərəfindən devrildikdən sonra,M.Ə. Rəsulzadənin həyatının xilaskarı kimi onu Şamaxıdan Basqala, bir gündən sonra Tircana, üç gündənsonra isə Lahıca aparan vətənpərvər bir şəxs olub. Molla Kamilin əl tutub evləndirdiyi,ərə verdiyi qızların övladları, nəvə və nəticələri bu gün də yaşayırlar. Buböyük insanın özü 1924, oğlanları Şamil, Məhərrəm isə 1930-cu illərdə ermənilərtərəfindən gedər-gəlməzə göndəriliblər.. Evini kolxoz idarəsi, bağçasında isəLeninə heykəl ucaldaraq "Lenin bağçası" etdilər.

Nəslin digər adlı-sanlı oğulları olan Əbdüləlini,Emini, kənddən sürgün edirlər. Lakin zaman keçir ,Abdullahlı nəsli yenə öz soykökü üstə qayıdır. Əbdüləli kişinin kənddən götürüb qaçdığı oğlanlarından Məmmədoxuyub Pedaqoji İnstitutda dekan, digər oğlu Mübarək isə Stalin, Dövlətmükafatı laureatlarına və "Əməkdar mühəndis"adlarına layiq görülən məşhurmühəndis olur.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.