"Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir"
Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun geniş baxışı və strateji düşüncəsi nəticəsində biz beynəlxalq əməkdaşlığı media sahəsində dialoq müstəvisinə qaldırmışıq.
Adalet.az xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay oktyabrın 1-də Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, qarşılıqlı anlaşma və etimad olduqca vacib məsələlərdir: “Biz müntəzəm olaraq bir araya gəlirik və bu səpkidə ünsiyyət sayəsində Azərbaycanın AQEM-də bağlantı və rəqəmsallaşma sahələrinə verdiyi töhfələri, eləcə də ölkənin təşkilata sədrliyi dövründə əldə olunan nəticələri bariz şəkildə görürük”.
Baş katib hesab edib ki, geosiyasi gərginlik, iqlim məsələləri və iqtisadiyyat üzərindəki təzyiqlər fonunda belə bir forumun keçirilməsi olduqca vacibdir. Çünki bu cür tədbirlər anlaşmaya yol açan və onu təmin edən körpülər quracaq.
Digər Xəbərlər
01 Oktyabr 2026 11:10
"Media forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır"
01 Oktyabr 2026 11:08
"Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır" - Nazir müavini
01 Oktyabr 2026 10:59
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov
01 Oktyabr 2026 10:37


Bakı -°C

