adalet.az header logo
  • Bakı -°C
28 Sentyabr 2026 14:39
77
ANALİZ
A- A+

Bir qonşuluğun qiyməti: Türkiyə-İran münasibətlərinin yeni hesabı

Türkiyənin İran siyasətində yeni bir mərhələyə qədəm qoyulduğunu göstərən iki mühüm hadisə baş verdi. Əvvəlcə, qırx ildən artıqdır ki, Türkiyədə fəaliyyət göstərən İranda yerləşən “Bank Mellat”ın İstanbul filialının fəaliyyət icazəsi ləğv edildi. Ardınca Türk Hava Yolları, AJet və“Pegasus”un İrana uçuşları dayandırıldı. İranın özəl hava yolu şirkəti “Mahan Air”in Türkiyəyə uçuşları da sona çatdı.

Türkiyənin İranla aparılan müharibəyə qarşı çıxmasının əsasını regional sabitliklə bağlı narahatlığı təşkil edir. İranın həddindən artıq zəiflədilməsi İsrailin hərbi üstünlüyünü tarazlaşdıran mühüm regional güclərdən birinin aradan qalxması demək idi. İranın parçalanması və ya dövlət kimi fəaliyyət qabiliyyətini itirməsi isə Türkiyə baxımından yeni miqrasiya dalğaları, sərhəd təhlükəsizliyi problemləri, enerji təchizatında fasilələr, silahlı qruplaşmaların fəaliyyət imkanlarının genişlənməsi və İrandakı etnik fay xətlərinin hərəkətə keçməsi kimi ciddi nəticələrə səbəb ola bilərdi. Məhz bu səbəbdən Ankara müharibənin regional güc balansını pozacağını və mövcud qeyri-sabitliyi daha da dərinləşdirəcəyini düşündüyü üçün İrana qarşı hərbi zərbələrə etiraz etdi. Eyni zamanda Tehran rəhbərliyinin dünya ilə qarşıdurmanı dərinləşdirən seçimlərinə qarşı da məsafəli mövqeyini qorudu.

Trampın ikinci dəfə prezident seçilməsindən sonra Ankara-Vaşinqton münasibətləri nəzərəçarpacaq dərəcədəyaxşılaşdı. Bayden dövründə məhdudlaşan liderlərarası təmaslar yenidən intensivləşdi. Türkiyənin Suriya, Qəzza, NATO və regional vasitəçilik baxımından daşıdığı əhəmiyyət Vaşinqton tərəfindən daha açıq şəkildə qəbul edilməyə başlandı.

Ankaranın Qəzzada atəşkəsə nail olunması məqsədiləaparılan danışıqlardakı rolu və Suriyada artan təsir imkanları bu dəfə Tramp-Ərdoğan münasibətlərinə daha güclü siyasi zəmin yaratdı. Bunun ardınca, 2026-cı ilin martında “Halkbank” ilə ABŞ Ədliyyə Nazirliyi arasında təxirə salınmış təqib haqqında razılaşma əldə olundu.

İranın dəniz ticarəti daraldıqca Türkiyənin əhəmiyyəti daha da artır.

Türkiyə İranın sabitliyi və regional tarazlığın qorunması naminə zaman-zaman müəyyən siyasi və iqtisadi xərcləri öz üzərinə götürdüyü halda, Tehran Türkiyə iləmünasibətlərində heç vaxt öz milli maraqlarından geri addım atmadı.

Tehran rəhbərliyinin dünya ilə qarşıdurmasının yaratdığı məhdudiyyətsiz yükü Türkiyə daşıya bilməz.

 

Fikrət Əkbərli,

Türkiyə üzrə araşdırmaçı-yazar