adalet.az header logo
  • Bakı -°C
28 Sentyabr 2026 15:11
50
DÜNYA
A- A+

Vuçiçin səlahiyyətləri ona verildi

Aleksandar Vuçiçin istefasından sonra Serbiya prezidentinin səlahiyyətləri müvəqqəti olaraq ölkə parlamentinin spikeri əvəzi Ana Brnabiçə ötürülüb.

Adalet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, yeni prezident seçilənə qədər bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Vuçiç sentyabrın 27-də istefa verdiyini elan edib. Serbiya konstitusiyasına əsasən, yeni prezident seçkisi dekabrın 27-dən gec olmayaraq keçirilməlidir.

Serbiyada növbədənkənar parlament seçkisi isə oktyabrın 25-də baş tutacaq. Vuçiç hakim Serbiya Tərəqqi Partiyasının siyahısına rəhbərlik edəcək və bu siyasi təşkilatdan baş nazir postuna namizəd olacaq. Seçkidə hakim partiyanın əsas rəqibi 56 yaşlı kardioloq İlya Srdanoviçin rəhbərlik etdiyi "Tələbə siyahısı" ittifaqı olacaq.