7788.8 hektar ərazi minalardan təmizlənib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan Adalet.az-a verilən məlumata görə, azad olunan ərazilərdə aprel ayı ərzində 116 tank əleyhinə mina, 344 piyada əleyhinə mina, 3410 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 7788.8 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Digər Xəbərlər
01 May 2026 17:39
Mehriban Əliyeva İslam Səfərli küçəsinin açılışı ilə bağlı video paylaşdı
01 May 2026 16:28
"Bu problem hələ də ciddi humanitar çağırış olaraq qalır" - Hikmət Hacıyev
01 May 2026 16:06
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində
01 May 2026 14:10
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında - FOTOLAR
01 May 2026 14:09
Orta məktəblərdə hərbi hazırlıq dərslərinə ayrılan vaxt artırılsın - TƏKLİF
01 May 2026 14:08
"Səyyar gömrük auditi aparılması halı kifayət qədər azalacaq" - General
01 May 2026 13:35
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
01 May 2026 13:17


Bakı -°C

