"Bu problem hələ də ciddi humanitar çağırış olaraq qalır" - Hikmət Hacıyev
Qarabağ və ətraf ərazilərdə mina problemi hələ də ciddi humanitar çağırış olaraq qalır. 1,5 milyondan çox mina ərazidə təhlükə yaradır və bu, ölkə ərazisinin təxminən 12–13 faizini əhatə edir.
Adalet.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə deyib.
Hikmət Hacıyev qeyd edib ki, 2020-ci ildən bəri mina partlayışları nəticəsində 400-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Bu səbəbdən humanitar minatəmizləmə fəaliyyəti davamlı və prioritet istiqamət olaraq qalır.
Prezidentin köməkçisi, həmçinin itkin düşmüş şəxslər məsələsinə toxunaraq bildirib ki, təxminən 4000 azərbaycanlı mülki şəxsin taleyi hələ də məlum deyil. Bu istiqamətdə həm yerli, həm də beynəlxalq əməkdaşlıq mexanizmləri genişləndirilir.
“Bu humanitar məsələlərin həlli həm sosial ədalət, həm də regionda davamlı sülhün möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Digər Xəbərlər
01 May 2026 17:39
Mehriban Əliyeva İslam Səfərli küçəsinin açılışı ilə bağlı video paylaşdı
01 May 2026 16:31
7788.8 hektar ərazi minalardan təmizlənib
01 May 2026 16:06
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində
01 May 2026 14:10
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında - FOTOLAR
01 May 2026 14:09
Orta məktəblərdə hərbi hazırlıq dərslərinə ayrılan vaxt artırılsın - TƏKLİF
01 May 2026 14:08
"Səyyar gömrük auditi aparılması halı kifayət qədər azalacaq" - General
01 May 2026 13:35
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
01 May 2026 13:17


Bakı -°C

