74 il evli olan cütlük eyni gündə dünyasını dəyişdi

Braziliyada 74 illik evli qalan iki həyat yoldaşı eyni gündə ölüb.
Adalet.az xəbər verir ki, iki gün əvvəl evliliklərinin 74-cü ildönümünü qeyd edən 92 yaşlı Odileta Panzani de Haro və 94 yaşlı Paskal de Haro 10 saat fərqlə vəfat ediblər. Odileta və Paskal 15 və 18 yaşında olarkən küçədə tanış olublar. Onların ünsiyyəti poçtla uzun yazışmalara, sonra isə münasibətə çevrilib.
Cütlük 15 aprel 1951-ci ildə münasibətlərini rəsmiləşdiriblər və bu nikahdan 6 uşaq dünyaya gəlib. Bir neçə il əvvəl Odilete Alzheimer xəstəliyi diaqnozu qoyulub və əri onun bütün qayğılarını öz üzərinə götürüb. 2023-cü ildə Paskal xərçəng xəstəliyinə tutulub. Səhər saatlarında Odileta, on saat sonra isə Paskal dünyasını dəyişib.
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
