adalet.az header logo
  • Bakı -°C
08 Mart 2026 19:00
108
MARAQLI
A- A+

8 Mart güllərinizin solmaması üçün bunları edin

Yəqin ki, 8 Mart buketinizin bir neçə gün ərzində solmamasını istəyirsiniz.

Adalet.az xəbər verir ki, zanbaqlar üzərində aparılan təcrübələrdən sonra nələrin gülləri təravətli saxladığı məlum olub. 

Bunlardan şəkər birinci yerdədir. Güllər şirin suda daha uzun müddət qalır və məhlulu müntəzəm olaraq dəyişdirsəniz, çiçəyiniz daha bir neçə gün yaşayacaq. Gülçülər arasında məşhur seçim olan krizal maddəsi ikinci yerdədir. Çiçəklər onun sayəsində 4 gündən çox yaşaya bilir. İlk üçlüyü adi su tamamlayır. Başqa vasitələr isə ağardıcı, şəkər və limon turşusunun qarışığıdır. Bu qatqı tumurcuqların böyüməsini yavaşladır və onları daha uzun müddət saxlayır.