adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Dekabr 2021 17:44
1143
ŞOU-BİZNES

66 yaşlı müğənni 21 kq çəki verdi, gənc qızlardan seçilmədi - FOTOLAR

Azərbaycan musiqisevərlərinin də bəyəndiyi Rusiyanın Xalq artisti Larisa Dolina 21 kiloqram arıqlayaraq pərəstişkarlarını şoka saldı.

 

Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, müğənni “Instagram” səhifəsindən etdiyi paylaşımında deyir ki, ona harmoniya və gözəlliyi qoruyub saxlamağa kömək edən məhz belə bir pəhrizdir:

 

“Düz gecə yarısı ən qalın, ən qızardılmış, ən yağlı qutabı (çeburek) götürüb yeyirəm. Sonra da üstündən xrenovuxa içirəm (sərt araq növü)”, - deyə o qeyd edib.

 

Dolina daha əvvəl 21 kiloqram arıqlamağı necə bacardığını danışarkən klinikaya getdiyini və həkimlərin ona qidalanma tövsiyələrini verdiklərini deyib. Məşhurun sözlərinə görə, qadağan olunmuş qidaların siyahısı onu çox təəccübləndirib - xüsusən də orada meyvə və giləmeyvə olub. Sənətçi sərt pəhrizdən əlavə, müddətli ac qalma qaydasına da əməl edib.

 

Qeyd edək ki, əslən Bakıdan olan, Rusiyada fəaliyyət göstərən müğənni-aktrisa Larisa Dolinanın 66 yaşı tamam olub.

 

Əntiqə Rəşid