60 ildir yatmayan adam
Vyetnamlı 80 yaşlı Thay Nqok son 60 ildə çətinliklə yatdığını bildirib.
Nqok qeyd edib ki, 1962-ci ildə keçirdiyi xəstəlikdən sonra yuxusuzluqdan əziyyət çəkir. O, yuxusuzluğun onun Vyetnam müharibəsi zamanı yaranan post-travmatik stress pozğunluğunun qeyri-adi təzahürü olduğunu hesab edir.
Yaşlı insan gündüzlər tarlalarda işlədiyini, gecələr isə evdə düyü şərabı hazırladığını bildirib. Kişi yalnız bu içkinin onu xilas etdiyini iddia edir. Onun sözlərinə görə, çoxlu miqdarda düyü şərabı içdikdən sonra bəzən bir-iki saatlıq yuxuya gedə bilib.
“Digər insanların yatdığına baxıram və paxıllığım tutur. Aylı gecələrdə mən adətən çölə çıxıb əkinlərin arasındakı alaqları təmizləyirəm və ya torpağı şumlayıram, çünki heç nə etmədən oturmaq dözülməzdir. Qəribə olan da budur: mən hər kəsdən iki dəfə çox işləyirəm, amma heç də çiçəklənmirəm”, - Ngok bildirib.
Emin
Digər Xəbərlər
03 Oktyabr 2026 12:00
Dənizdən yığıb yola asfalt çəkdilər
01 Oktyabr 2026 09:33
Meymunlar münaqişədən sonra insanlardan daha tez barışırlar
30 Sentyabr 2026 09:19
Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - VİDEO
29 Sentyabr 2026 09:36


Bakı -°C

