6 min hektardan çox ərazi minalardan təmizləndi
Azad olunan ərazilərdə noyabr ayında 208 tank əleyhinə mina, 575 piyada əleyhinə mina, 6510 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.
Məlumata əsasən, 6432,9 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Digər Xəbərlər
01 Dekabr 2025 13:00
Məmməd İbrahimə ittiham irəli sürülüb
01 Dekabr 2025 12:35
İtaliyanın Azərbaycandakı səfiri Səhiyyə Nazirliyində olub
01 Dekabr 2025 11:08
“Müasir ailə modeli qarşılıqlı anlayışa əsaslanmalıdır...”
01 Dekabr 2025 10:49
Dövlət Xidməti: Bu il işindəki nöqsanlara 9 nəfər vəzifəsindən azad edilib
01 Dekabr 2025 10:47
Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
01 Dekabr 2025 08:57
Metrodakı problem HƏLL OLUNDU - YENİLƏNİB
01 Dekabr 2025 08:56
İsmayıllıda istilik sisteminə nəzarət edən şəxs pulları mənimsədi - QALMAQAL
30 Noyabr 2025 18:43


Bakı -°C

