“Bizi toylarımızda cəzalandırırlar...” – Şeyx Əbdül
“Televiziyalardakı o biabırçı verilişlər dayandırılmalı və eybəcər, səsi olmayan müğənnilər efirlərdən uzaqlaşdırılmalıdır. Heç kəs yaxasını kənara çəkməsin. Toylarımızdakı israfçılıqlara son qoyulmalıdır. Mən Özbəkistanda olanda bir toya dəvət olundum və çox xoşuma gəldi. Təsəvvür edin ki, bir maqnitofon qoyublar və orda da həzin mahnı səslənir. Məclisdə spirtli içki yox idi. İnsanlar bir-biri ilə söhbət, ünsiyyət qururdu, gəzinti edirdi. İmkanlı şəxslər ailəsi ilə gəlib bəy və gəlini təbrik edir, imkan daxilində bir rəqs edib çıxıb gedirlər”.
Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
O, bildirib ki, toy və yas məclisi əslində görüş məclisidir:
“İnsanlar bu məclislərdə görüşürlər. Amma təəssüf ki, yasda mollalar, toyda isə manıslar bu görüşə imkan vermir. O toydan bu toya qalan salatları insanlara verib onları zəhərləyirlər. Millət bunu etməməlidir. Musiqinin səsindən şadlıq sarayında adamın başı partlayır. Bizi toylarımızda cəzalandırırlar. Bayaq haqqında danışdığım toyu biz də edə bilərik. İnsanlarımızı artıq xərclərdə xilas etməliyik.
Bizdə bəy və gəlin içki içib meydandan çıxmırlar. Ağsaqqal və ağbirçəklər də bunlara qoşulur. Heç kəs öz havasına oynamır. Toy oynamaq üçün yer deyil, toy xeyir-duadır, ruzidir, bərəkətdir, yeni ailənin təməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

