Metrodakı problem HƏLL OLUNDU - YENİLƏNİB
"Nərimanov" elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda "Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib.
Bu barədə Adalet.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.
***
"Nərimanov" elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Report-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.
"Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - QSC-dən bildirilib.
***
07:30
“Nərimanov” elektrik deposunun yol sahələrinə yüksək gərginliyin verilməsində baş verən qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələr müşahidə olunur.
Adalet.az bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat əldə edib.
Bildirilib ki, yaranmış enerji problemi səbəbindən “Bakmil” stansiyasının fəaliyyəti də məhdudlaşıb.
Qeyd edilib ki, texniki xidmətlər müvafiq enerji təminatının bərpa edilməsi üçün operativ şəkildə iş aparır.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

