“525-ci qəzet”in 30 illik yubileyi qeyd edilib
“525-ci qəzet” müstəqil mətbuat yaratmaq istəyənlər üçün canlı nümunədir”.
Adalet.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibbəyli “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunan “Müstəqillik dövrünün müstəqil mətbuatı: “525-ci qəzet” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, “525-ci qəzet” Azərbaycanda müstəqillik dövrünün ən davamlı müstəqil mətbuat orqanıdır:
“Bu qəzet 30 ildir, öz aydın yolunu davam edir. Müstəqil mətbuat yaratmaq istəyənlər üçün canlı nümunədir. Onun özünəməxsus siması var. Qəzet çoxprofilli orqandır. Azsaylı mətbuatdır ki, bütün sahələri özündə əks etdirmək imkanı var. “525-ci qəzet” flaqmandır və müasir jurnalistika məktəbidir”.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov qeyd edib ki, sözügedən qəzet cəmiyyətdə baş verənlərə operativ reaksiya verib:
“Nə qədər qəzet gəlib-gedib. Uğur qazanan və qazanmayanlar olub. Amma bu qəzet hörmət qazananlardan və oxunanlardandır”.
Daha sonra digər qonaqların iştirakı ilə qəzetin mətbuatdakı rolu və əhəmiyyəti barədə müzakirə aparılıb.
Sonda İ.Həbibbəyli qəzetin baş redaktoru Rəşad Məcidə “Şuşa qalası” rəsm əsərini hədiyyə edib.(report)
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

