50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
ABŞ-nin Corciya ştatında 1976-cı ildə beton anbara yerləşdirilərək möhürlənən “zaman kapsulu” açılıb.
Adalet.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
Məlumata görə, kapsul ABŞ-nin 200 illik yubileyi tədbirləri çərçivəsində Dalton Mübadilə Klubu tərəfindən basdırılıb.
O dövrdə bölgədə yaşayan hər bir ailə 5 dollar ödəməklə kapsula öz əşyalarını yerləşdirə bilib. Daha sonra həmin xatirə qutusu yerli məhkəmə binasının qarşısında torpağa basdırılıb.
Lakin onilliklər boyu torpaq altında qalmaq kapsula təsirsiz ötüşməyib. Anbar açılanda məlum olub ki, kapsulun dibinə su yığılıb və içindəki bütün əşyalar tamamilə islanıb. Çürüməyə baxmayaraq, kapsulun içindən məktublar, qəzetlər, müxtəlif qəpiklər, 1881-ci ilə aid gümüş dollar və hətta bir xalça çıxıb.
Tapıntılar arasında ən diqqətçəkəni isə Donna Ayvester və Harri Luper adlı valideynlərin öz övladları Todd (o vaxt 5 yaşı olub) və Brayan (o vaxt 1 yaşı olub) üçün yazdıqları məktub olub. Ananın məktubda yazdığı bu sözlər hamını duyğulandırıb: “Ümid edirəm ki, bu kapsul açılanda atanızla mən hələ də sağ olarıq. Amma əgər biz bu dünyada olmasaq, sadəcə bu qeydi oxumanızı istəyirəm”. Məlum olub ki, ata Harri Luper 2002-ci ildə vəfat edib, ana Donna isə illər keçdikcə bu məktubun varlığını tamamilə unudub.
Yerli hakimiyyət orqanları sahibləri tərəfindən götürülməyən əşyaları yerli muzeyə təhvil verməyi planlaşdırır. Eyni zamanda şəhərdə yeni bir “zaman kapsulu”nun yaradılması məsələsi müzakirə olunur.
Digər Xəbərlər
08 Avqust 2026 10:06
Partnyorunuzla bağınızı gücləndirəcək 4 təsirli vərdiş
07 Avqust 2026 09:20
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
05 Avqust 2026 17:01
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
05 Avqust 2026 10:55
Nəhəng asteroid Yerə yaxınlaşır - Alimlər nə deyir?
04 Avqust 2026 17:10
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
03 Avqust 2026 09:33
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr - SİYAHI
03 Avqust 2026 09:18
Yadplanetlilərin gizlənə biləcəyi yer tapıldı
03 Avqust 2026 09:15


Bakı -°C

