Şişirdilmiş broyler toyuqları...
Bu gün market və mağazlarda nə qədər desən belə toyuqlar var ! Özü də çəkisi bir kiloqramıdan , bir kilo 800 qrama qədər! Çox təəssüf ki, bunu da çoxlarımız alır və bəh- bəhlə yeyirik! Amma o toyuqların 40 gün ərzində necə yetişdirilməsindən çoxlarımızın xəbəri yoxdur.Hətta marketlərdə elə toyuq döşləri satılır ki, onun çəkisi 1 kiloqrama yaxındır.
Aydındır ki, bu toyuqlar təbii yolla yetişdirilmir. Onlara süni yolla və kimyəvi tərkibi məlum olmayan ( olsa belə) qidalar verilir. Sovet dövründə də broyler fabrikləri mövcud idi. Amma onlar bu yolla toyuq bəsləmirdilər! Yəni bir çox işlər müəyyən zaman kəsiyində hazırlanır, baytarlıq qaydalarına əməl edilir, onun keyfiyyətinə xüsusi nəzarət vardı. Ona görə də o toyuqları yemək heç bir fəsad vermirdi.
Amma indi istehsal olunan toyuqların keyfiyyətini onu yetişdirənlərdən savayı , heç kim cavabdeh deyil. Kənd toyuqları 5-6 aya yetişir, özü də çəkisi uzaq başı 1 kiloqrama çatır, dadı da ləzzət eləyir. Bəs necə olur ki, broyler toyuqlarının çəkisi 2 kiloqrama yaxındır? Çünkü onları yetişdirərkən kökəldici qidalardan istifadə olunur! Qida Təhlükəsizliyi Agentliyi broyler toyuqlarının şişirdilməsi ilə bağlı çoxlu sayda nöqsanlar aşkarlayıb. Ancaq di gəl ki, istesalçıların heç nə vecinə deyil! Burda ataların bir sözü yada düşür:" Dəyirman bildiyini eləyər, ancaq çax- çax baş ağrıdar". Ona görə də ən yaxşı çıxış yolu broyler toyuqlarının alışından imtina etməkdir!!!
Emil FAİQOĞLU


Bakı -°C

