adalet.az header logo
  • Bakı 27°C
02 Iyul 2022 10:48
466
ŞOU-BİZNES

44 günlük savaşda Azərbaycanı dəstəkləyən aktrisanın yaxtada toyu oldu- FOTOLAR

Xəbər verdiyimiz kimi, "Hercai" serialında Reyyan obrazı ilə tamaşaçıların qarşısına çıxan və sevilən gözəl aktrisa Ebru Şahin uzun müddətdir basketbolçu Cedi Osman ilə sevgili idi.

Bir-birinə həddən artıq vurğun olan yaraşıqlı cütlük bir neçə dəfə qısqanclıq ucbatından ayrılsalarda növbəti dəfə yenidən birləşiblər və sonda nişanlanıblar. Ebru barmağındakı briliant qaşlı nişan üzüyünü sevgilisinin ona aldığını bildirəndən sonra izləyicilər aktrisanı təbrik yağışına tutublar. 5 karat və dəyərinin də təxminən 1 milyon TL olduğu deyilən briliant üzük onların tezliklə evlənəcəyini isbat edib,

Bu günlərdə Türkiyə mətbuatı da xəbər verdi ki, Ebru Şahinin basketbolçu sevgilisi Cedi Osman yeni ev alıb. Osman Alaçatıda yerləşən villasına 8 milyon TL (təxminən 1 milyon 606 min manat) ödəyib.

Deyilənə görə, 1,5 ildir eşq yaşayan cütlüyün orada birgə yaşayacağı deyilir.

Adalet.az Haber Türk-ə istinadən xəbər verir ki, cütlüyün toyu Makedoniyada baş tutub. Gənclərin özəl günündə ailəsi və yaxın dostları yaxından iştirak ediblər, Cütlük iyulun 7-də Çeşmədə bir toy da gerçekləşdirəcək . Sosial şəbəkə hesabında

3 milyon təkibçisi olan aktrisanın yaxtada keçirilən nikahdan görüntüləri izləyicilər tərəfindən maraqla izlənib

Qeyd edək ki, Ebru Şahinin əslən erməni olduğu deyilsə də, 44 günlük Vətən müharibəsi dövründə o Azərbaycana dəstək nümayiş etdirərək bunu öz sosial hesabında paylaşmışdı.

 

Əntiqə Rəşid