"328 itkin şəxsin genetik identifikasiyası həyata keçirilib" - DTX-nin baş idarə rəisi
İnsanlıq tarixinin ən mühüm elmi nailiyyətlərindən biri olan DNT əsaslı tədqiqatlar itkin düşmüş şəxslərin identifikasiya prosesində ciddi nəticələr əldə etmək və əsas məqsədlərə çatmaqda xüsusi rola malikdir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin (HTBİ) Genetik Araşdırmalar Mərkəzi bir müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, hazırlıqlı kadr potensialının formalaşdırılması və laboratoriyanın beynəlxalq standartlara uyğun texnoloji avadanlıq və cihazlarla təchiz edilməsi nəticəsində elmi əsaslı, obyektiv və etibarlı, eləcə də sürətli və keyfiyyətli genetik ekspertiza xidmətləri göstərmək mümkün olub.
Adalet.az xəbər verir ki, bunu DTX-nin HTBİ-nin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması " adlı panel sessiyada çıxış edərkən deyib.
Onun sözlərinə görə, itkin düşmüş şəxslərin axtarışı ilə yanaşı, hüquqi qiymətləndirmədə və həqiqətin ortaya çıxarılmasında geniş tətbiq edilən məhkəmə genetik ekspertiza fəaliyyətinin hazırkı dövrdə sabit qalması mümkün deyil:”Texnologiyaların sürətli inkişaf etdiyi müasir dünyamızda itkin düşmüş şəxslərin genetik identifikasiyasında yeni dəyişmələrə elmi əsaslarla cavab verə bilən genetik-ekspertiza qurumlarına ehtiyac getdikcə artmaqdadır. Azərbaycanda mərkəzində insan amilinin, vətəndaşların hüquq və mənafelərinin dayandığı dövlət siyasətinin prinsiplərinə uyğun olaraq, tam dövlət maliyyələşməsi hesabına qurulan Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının akkreditasiyadan keçirilməsinin vacibliyi nəzərə alınıb və 2024-сü ilin may ayında Beynəlxalq Standartlaşdırma Təşkilatının Milli Akkreditasiya Mərkəzi tərəfindən ISO/IEC 17025:2017 standartına uyğun olaraq akkreditasiya edilib və sertifikatlaşdırılıb. Laboratoriyanın bioloji materialların idarəedilməsində beynəlxalq keyfiyyət standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə biobankların səlahiyyətləri, qərəzsizliyi və ardıcıl fəaliyyəti üçün hazırlanmış ISO 20387 standartının tətbiqi və akkreditasiyası üzrə bütün hazırlıq mərhələləri uğurla tamamlanıb və cari ilin noyabr ayında akkreditasiya prosesinin baş tutacağı gözlənilir”.
Rüfət Əliyev bildirib ki, hazırkı dövrədək HTBİ-də 328 nəfər itkin düşmüş şəxsin genetik-identifikasiyası həyata keçirilib. “Genetik Araşdırmalar Mərkəzinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və digər aidiyyəti dövlət qurumlarına rəqəmsal transformasiyası, modern texnoloji cihaz və avadanlıqlardan istifadə edilməsi tədqiqatların etibarlılığını və xidmət keyfiyyətini artırıb, əldə edilən nəticələrlə itkin düşmüş şəxslərin axtarışı prosesinə ictimai etimadı daha da gücləndirib. Yeni nəsil DNT texnologiyaları genetik-mütəxəssislərin bilik və bacarıqlarının yenilənməsini birmənalı olaraq zəruri edir. Xüsusi təlimlər və davamlı peşəkar inkişaf həm fərdi, həmdə təşkilati səviyyədə qarşıya əsas vəzifə kimi qoyulub", - deyə o qeyd edib.
Digər Xəbərlər
08 Oktyabr 2026 13:36
"Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə hazırıq" - General-mayor
08 Oktyabr 2026 12:04
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
08 Oktyabr 2026 11:44
Noyabrda 11 gün iş olmayacaq
08 Oktyabr 2026 11:27
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
08 Oktyabr 2026 10:30
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başladı
07 Oktyabr 2026 14:04
Qəzənfər Abdullayev vəzifəsindən azad edildi
07 Oktyabr 2026 13:49
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
07 Oktyabr 2026 13:28


Bakı -°C

