Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Bakının Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu barədə Adalet.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.
Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur.
Digər Xəbərlər
23 Noyabr 2026 17:34
Rövşən Rzayev keçmiş məcburi köçkünlərin müraciətlərini dinlədi
23 Noyabr 2026 16:00
Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
23 Noyabr 2026 15:46
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
23 Noyabr 2026 15:04


Bakı -°C

