"Azərbaycanın yaşadığı humanitar problemlərə laqeyd qala bilmərik" - TBMM üzvü
İtkin düşmüş şəxslərin axtarılması, tapılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi yalnız texniki və ya hüquqi proses kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda, humanitar məsuliyyətdir, ailələrin hüquqlarına, keçmişinə, irsinə hörmətin göstəricisidir və cəmiyyətlərin öz keçmişi ilə sağlam şəkildə üzləşə bilməsinin mühüm şərtidir
Adalet.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Uğur Bayraktutan Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: Humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib.
O, bu baxımdan Azərbaycanın nümunəsinin Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Millət vəkili, eyni zamanda, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin yalnız diplomatik əlaqələrdən ibarət olmadığını qeyd edib. O bildirib ki, iki dövlət arasında tarixi, ictimai və humanitar bağlar son dərəcə güclüdür. "Türkiyə 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub və iki ölkə arasındakı münasibətlər hər keçən gün daha da möhkəmlənərək inkişaf edib. Bu güclü bağların təbii nəticəsi olaraq, Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması heç bir halda mümkün deyil. Bu gün burada, xüsusilə vurğulamaq istədiyimiz məqam isə budur ki, itkin şəxslər məsələsi ictimai fərqliliklərdən kənarda, insan həyatına və ailələrin hüquqlarına dair ortaq məsuliyyət sahəsidir" - deyə TBMM üzvü vurğulayıb.
Digər Xəbərlər
08 Oktyabr 2026 13:45
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti
08 Oktyabr 2026 12:41
“Ermənistan bizim əsgəri qaytarmazsa və dəyişdirilməsində israr edərsə...”
08 Oktyabr 2026 12:34
Dövlət başçıları AQEM-in Bakı Sammitinə görülən işləri yüksək qiymətləndirib - BİRGƏ BƏYANAT
08 Oktyabr 2026 12:33
Prezident MDB dövlətlərinin başçılarının görüşündə - YENİLƏNİB + FOTOLAR
08 Oktyabr 2026 12:12
MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır
08 Oktyabr 2026 12:10
“Məqsəd böyük güc sahibi müsəlman ölkələrinin başını bir-birinə qatıb...”
08 Oktyabr 2026 12:02
MDB liderləri sənədləri imzaladılar
08 Oktyabr 2026 11:38


Bakı -°C

