Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 6-da və 7-də Şəki şəhərində növbəti vətəndaş qəbulu keçirib.
Adalet.az xəbər verir ki, nazir əvvəlcə Şəki şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 263 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 258 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Digər Xəbərlər
07 Oktyabr 2026 14:04
Qəzənfər Abdullayev vəzifəsindən azad edildi
07 Oktyabr 2026 13:28
Pensiyaların ödəniləcəyi tarix açıqlandı
07 Oktyabr 2026 13:23
Prokurorluğa qəbul imtahanı keçiriləcək
07 Oktyabr 2026 12:33
Ekspertizanın aparılması qaydası dəyişir
07 Oktyabr 2026 12:22
Ukraynaya humanitar yardım göndərildi
07 Oktyabr 2026 12:02
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
07 Oktyabr 2026 11:43
"İtkinlərin taleyinin müəyyənləşdirilməsi humanitar məsələ kimi qiymətləndirilməlidir" - Şamil Ayrım
07 Oktyabr 2026 10:57


Bakı -°C

