“Məktəb heç zaman nə dövlətin, nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz”
“Vahid məktəbli geyimi ilə bağlı yaradılan süni ajiotajlar günü Prezident İlham Əliyevin Sərəncamı ilə Qəbul imtahanlarında ən yüksək bal toplamış 102 tələbə Prezident təqaüdünə layiq görüldü. Onların 54-ü qızlardır. PİSA: 2025 nəticələrinə görə qızların riyazi savadlılığı oğlanlardan yüksəkdir. Beynəlxalq və yerli fənn olimpiadalarında da qızlarımız fərqlənirlər. Belə nəticəyə gəlmək olar ki, qızlar gələcəkdə insan kapitalının inkişafına öz töhfələrini verəcəklər”.
Adalet.az xəbər verir ki, bunu sabiq millət vəkili Etibar Əliyev deyib.
O, bildirib ki, dövlətin məqsədi dünyəvi təhsil sisteminin təşəkküllüdür:
“Buna görə də qanunlara və qaydalara riayət etmək lazımdır. Bu günki hadisələr bəzi gizli mətləbləri üzə çıxardı. Misilsiz Zəfər qazanmış Vətənimizin yeni ideologiyasının nüvəsini həmrəylik, müstəqillik, maarifçilik, elmin və təhsilin inkişafı təşkil edəcək. Məktəb heç zaman nə dövlətin, nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz. Bütün dünyada belədir, dövlət məktəbi qanadları altına alır. Bir həqiqət də ortaya çıxdı ki, məktəbdə tədrisin, tərbiyənin və fiziki hazırlığın yüksək səviyyədə təşkil olunması işi bacaranlara tapşırılmalıdır. Məktəbi gəlir yerinə çevirən naşılar tezliklə bu işdən uzaqlaşdırılmalı, onların barəsində ölçü götürülməlidir… Azərbaycan dövləti 2-ci Qarabağ müharibəsində öz lideri və xalqının birliyi sayəsində Dövlət imtahanından "əla" qiymət aldı. Bu günki tolerantlıq və həmrəylik onu göstərdi ki, gələcək inkişafımızda Dövlətimizin "əla" qiymətlər almaq bacarığı daha sürəkli olacaq...Biz birlikdə güclüyük!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Oktyabr 2026 17:46
"Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı"
14 Oktyabr 2026 16:00
Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
14 Oktyabr 2026 13:01
Məktəbli formasına görə asayişi pozanlar HƏBS EDİLDİLƏR
14 Oktyabr 2026 12:36
Azərbaycanda 800-dən artıq məscid tikilib - Eldar Əzizov
14 Oktyabr 2026 12:27
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış oldu
14 Oktyabr 2026 09:52
“Azərbaycan qadınının tarixi inkişaf yolu təhsil, fəallıq və hüquqi bərabərlik uğrunda...”
14 Oktyabr 2026 09:51
“Siz də təhsili yox, şantajı seçəndə həm dövlətdən, həm də cəmiyyətdən sillə yediniz”
14 Oktyabr 2026 07:10


Bakı -°C

