251 min ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin ilk üç ayı ərzində Azərbaycanda 251 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.
Adalet.az xəbər verir ki, ümumilikdə isə 2,16 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74%-ni təşkil edir.
Onu da qeyd edək ki, layihəyə əsasən, cari ilin ilk üç ayı ərzində Bakı şəhərinin 79 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə paytaxtda indiyədək 0,95 milyona yaxın təsərrüfat üçün GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb. Bu, Bakı şəhərində mövcud ev təsərrüfatı və biznes subyektlərinin 86,5%-ni təşkil edir.
Layihə çərçivəsində ölkədə dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə genişzolaqlı şəbəkə qurulacaq.
Hazırda şəhər və kəndlərin GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə təmin edilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Bu texnologiya üzərindən vətəndaşlar istər təkcə telefoniya xidmətinə qoşula, istərsə də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlər abunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır.
Məlumat üçün bildirək ki, sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.
Digər Xəbərlər
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10
Süni intellektlə bank rəhbərinin səsini təqlid edib - 95 milyon oğurladılar
24 Sentyabr 2026 15:49
Bakcell-də hədiyyə mövsümü başladı
24 Sentyabr 2026 09:34
Süni intellekt nəzarətdən çıxmasın deyə - 20 il həbs təklif edirlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55


Bakı -°C

