24 Çin vətəndaşı İrandan Azərbaycana keçdi
Daha 24 Çin vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunublar.
Adalet.az xəbər verir ki, təxliyə edilən şəxslər sərhəd-keçid məntəqəsində müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər zəruri prosedurlardan keçiblər. Bütün prosedurlar tamamlandıqdan sonra onların təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olmaları təmin edilib.
Bu gün daha 2 Rusiya vətəndaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.
Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.
Digər Xəbərlər
06 Mart 2026 21:34
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO/FOTOLAR
06 Mart 2026 19:28
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
06 Mart 2026 17:43
Naxçıvan aeroportuna hücumla bağlı hesabat təqdim edilib
06 Mart 2026 17:33


Bakı -°C

