Müəllimlər məktəbə atılan dronla bağlı TƏFFƏRÜATLARI DANIŞDI
Ötən gün İran İslam Respublikası ərazisindən Naxçıvana həyata keçirilən dron hücumları nəticəsində Muxtar Respublikanın Şəkərabad kəndində məktəb binasının yaxınlığında güclü partlayış oldu. Hadisə zamanı məktəbin müəllim və şagirdləri ciddi panika və həyəcan yaşadılar.
Adalet.az xəbər verir ki, bu gün bir qrup jurnalist sözügedən məktəbdə olub və hadisə şahidləri olan müəllimlərlə söhbət aparıb.
Məktəbin riyaziyyat müəlliməsi Leyla Həsənova bildirib ki, hadisə martın 5-də təxminən saat 11:30 radələrində baş verib:
"Həmin vaxt dərslər normal qaydada davam edirdi. Anidən güclü partlayış səsi eşidildi. Hava limanı bizə yaxın olduğu üçün partlayışın aeroportun ərazisində baş verdiyini gördük. Dərhal uşaqları məktəbin həyətinə çıxardıq. Təxminən 7–8 dəqiqə sonra, uşaqların təxliyəsini tam başa çatdırmamışdıq ki, ikinci dəfə məktəbin yaxınlığına zərbə endirildi. Yaşadığımız stress və qorxuya baxmayaraq, şagirdlərin təhlükəsizliyini tam təmin etdik. Hazırda hər şey qaydasındadır. Bu gün də tədris prosesi normal şəkildə davam edir".
Məktəbin ingilis dili müəlliməsi Aytəkin Babayeva deyib ki, partlayış baş verən an nə baş verdiyini anlamaq çətin olub.
"İlk baxışdan heç nə anlamasaq da, sonradan aeroportdan alov və tüstü qalxdığını gördük. Daha sonra aeroport binasına zərbə endirildiyini bildik. Az sonra şagirdlərin təxliyəsi zamanı baş verən ikinci partlayış panikanın daha da artmasına səbəb oldu. Buna baxmayaraq, müəllimlər vəziyyəti nəzarətdə saxlamağa çalışdılar. Daha sonra uşaqlar valideynlərinə təhvil verildi. Hazırda şagirdlərə lazımi psixoloji dəstək göstərilir", – deyə o bildirib.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb.
Digər Xəbərlər
06 Mart 2026 23:16
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - FOTOLAR
06 Mart 2026 22:14
Qız uşağı ağlayanda və yetim qalanda...
06 Mart 2026 21:34
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO/FOTOLAR
06 Mart 2026 19:28
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
06 Mart 2026 17:43
Naxçıvan aeroportuna hücumla bağlı hesabat təqdim edilib
06 Mart 2026 17:33
Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər - VİDEO
06 Mart 2026 16:25
“AzerGold” xüsusi mükafata layiq görülüb
06 Mart 2026 15:39


Bakı -°C

